Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyadakı altı istiqlal muzeyindən birincisi - REPORTAJ

Bakı, 15 aprel, Abdulla Suvar, AZƏRTAC

Biz ora çatanda işin başlamasına az qalırdı. Bu səbəbdən də binaya tələsik daxil olmaq istəyənlərin sayı çoxluq təşkil edirdi. Əvvəlcə bu tələskənliyi işə gecikməməklə əlaqələndirsək də, sonradan öyrəndik ki, əsl səbəb fərqlidir. Sən demə, son vaxtlar ölkəmizə gələn turistlərin əksəriyyəti səhər saatlarında bu məkanı ziyarət etməyi səfər proqramlarına daxil edirlər. Dənizkənarı Milli Parkın yaxınlığında, möhtəşəmliyi ilə göz oxşayan, üzü Xəzərə baxan bu bənzərsiz tikilini kim ziyarət etməyə tələsməz ki? Elə biz də tələsənlərə qoşulub binaya daxil oluruq. Muzey Mərkəzi kimi tanınan bu binada bir neçə muzey fəaliyyət göstərir. Onlardan biri də binanın 3-cü mərtəbəsində yerləşən Azərbaycan İstiqlal Muzeyidir.

AZƏRTAC Azərbaycan İstiqlal Muzeyindən hazırladığı reportajı təqdim edir.

Azərbaycanın ilk dövlət muzeyi

Ən qədim dövrlərdən müasir zamanadək xalqımızın mədəni-tarixi həyatındakı mühüm hadisələri, azadlıq uğrunda çarpışan fədailərin mübarizə yolunu əks etdirən mühüm saxlanc yerlərindən biri Azərbaycan İstiqlal Muzeyidir. Bu muzey Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu il dekabrın 7-də, parlamentin birinci ildönümü münasibətilə Cümhuriyyət parlamentinin binasında təsis edilən muzey təəssüf ki, cəmi bir neçə ay fəaliyyət göstərə bilib. Məhz bu səbəbdən Azərbaycanın ilk dövlət muzeyi kimi tarixə düşüb.

Muzeyin direktoru Sədi Mirseyibli ilə söhbət zamanı öyrənirik ki, bu muzey 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra yenidən öz fəaliyyətinə başlayıb. Onun sözlərinə görə, dünyada altı istiqlal muzeyi mövcuddur və onlardan birincisi Azərbaycandadır. Hazırda muzeyin əsas fondunda 18 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunur.

Azərbaycanın istiqlaliyyət tarixinin etibarlı ünvanı

Muzeyi gəzərkən Azərbaycanın istiqlaliyyət tarixinin bütün mərhələlərinin burada əks olunduğunun şahidi oluruq. Tariximizlə bağlı yeni və maraqlı məlumatlar əldə etmək baxımından bu məkan əvəzolunmazdır. Görkəmli şəxsiyyətlərin həyat və mübarizə yolunu əks etdirən sənədlər burada xüsusi diqqətlə qorunur. Bu səbəbdən muzey təkcə ziyarət deyil, həm də elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Muzey altı zaldan ibarətdir. Ekspozisiya zalları və buradakı eksponatlar böyük maraq doğurur. Girişdə diqqətimizi Azərbaycanın dövlət rəmzləri — Üçrəngli Bayraq, Dövlət Gerbi, Himni və Konstitusiyanı əks etdirən sənədlər cəlb edir. Burada, həmçinin XVIII əsrdə xanlıqlara bölünmə dövrü, Rusiya-İran müharibələri, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə dair materiallar da yer alır.

Əli bəyin skripkası, Şeyx Şamilin məktubu və daha nələr...

Sədi müəllim bizi eksponatlarla tanış edərkən Qafqaz İslam Ordusu əsgərinə aid kitab, Əli bəy Hüseynzadənin Bakıda çəkilmiş sonuncu fotosu və Şeyx Şamilin möhürü ilə təsdiqlənmiş məktubu xüsusi vurğulayır. Bildirir ki, muzeyə hər ay yeni eksponatlar əlavə olunur.

Onun sözlərinə görə, son illərin ən böyük nailiyyətlərindən biri xaricdən 161 maddi-mədəniyyət nümunəsinin muzeyə gətirilməsidir. Bu əşyalar Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsar tərəfindən muzeyə hədiyyə olunub. Əli bəyə məxsus skripka da diqqəti çəkən eksponatlardandır. O, bu musiqi aləti ilə Avropa bəstəkarlarının və Üzeyir Hacıbəylinin əsərlərini ifa edib. Skripka 2016-cı ildə muzeyə verilib, 2017-ci ildə bərpa olunaraq sərgiyə çıxarılıb.

Əli bəyin Türkiyədə həbsdə olarkən çəkdiyi rəsmdə isə həbsxananın həyəti “cənnətin bir guşəsi” kimi təsvir olunub. Bu rəsmdə onun ailəsi ilə görüş anı əks etdirilib və böyük emosional dəyərə malikdir.

33 il “Qəsri Qacar” zindanında

“Mədəniyyət xeyriyyəçiliyi” layihəsi çərçivəsində Cənubi Azərbaycanın müdafiə naziri Cəfər Kaviyanın oğlu Maqsud Kaviyanın muzeyə hədiyyə etdiyi qılınc və digər əşyalar da xüsusi maraq doğurur. Sədi Mirseyibli bildirir ki, 1945-46-cı illərdə qurulan “21 Azər” hökuməti dövründə bu qılınc Ələkbər Deraxşani tərəfindən Cəfər Kaviyaya təqdim olunub.

Səfər Xan Qəhrəmaninin 33 il “Qəsri Qacar” zindanında məhbus həyatı yaşaması, azadlığı üçün şaha məktub yazmaqdan imtina etməsi onun xalq uğrunda mübarizəsini göstərən faktlardandır. Ona aid təsbeh və müşdik muzeydə qorunur.

Burada, həmçinin Cənubi Azərbaycanda baş vermiş Məşrutə, Xiyabani və "21 Azər" hərəkatlarına dair sənədlər və eksponatlar da yer alır.

Xocalı soyqırımını lentə alan kamera

“Qarabağ zalı”nda İlham və Fərizədən yadigar qalan əşyalar diqqətdən yayınmır. Azı ona görə ki, bu əşyalar bizim müasir tariximizə, Qanlı 20 Yanvar hadisələrinə şahidlik edir. İlhamın şərfi və Fərizənin istifadə elədiyi fincan, İlhamın doğum günündə Fərizə tərəfindən onun üçün alınan hədiyyə... Bütün bunlar hər bir ziyarətçi kimi, bizi də təsirləndirdi.

Həmçinin burada rənglərinin yeri səhv düşən Azərbaycan Bayrağı diqqətimizi cəlb edir. Müsahibimiz bu bayrağın unikal tarixi barədə ətraflı məlumat verir. Qeyd edir ki, bu bayraq 1989-cu il mayın 28-də saat 11-də Qız qalasının üzərində Faiq Həsənov adlı şəxs tərəfindən qaldırılıb: “Bayrağın hazırlanmasının maraqlı tarixi var. Belə ki, bayraq gecə saatlarında komendant saatında qaranlıq bir otaqda tikilib. Səhər baxıblar ki, bayrağın rənglərinin yeri səhv düşüb. Ancaq buna baxmayaraq, o bayraq Cümhuriyyətin yarandığı gün Qız qalası üzərində dalğalandırılıb. Bu bayraq 1995-ci ildə Faiq Həsənov tərəfindən İstiqlal Muzeyinə hədiyyə edilib. Biz isə bu bayrağı istiqlala, müstəqilliyə tələsən bayraq adlandırırıq”.

Bu zalda müşahidə etdiyimiz əşyaların sırasında kiçik bir kamera görünür. Öyrənirik ki, kamera Seyidağa Mövsümlüyə məxsusdur. Xocalı soyqırımından ilk fraqmentlər bu kamera ilə lentə alınıb.

Svarovski daşları ilə bəzədilmiş “Qurani-Kərim”

Muzeydə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən materiallar - fotolar, kitablar əks olunur. Burada muzey ziyarətçiləri üçün maraq doğuran maketlər saxlanılır. Bunlar Ulu Öndərin siyasi fəaliyyəti dönəmində zavod və fabriklərin açılışı zamanı ona verilmiş hədiyyələrdir. O hədiyyələrdən bir neçəsi muzeydə qorunur. Zalda svarovski daşları ilə bəzədilmiş “Qurani-Kərim” maraq yaradır. Muzeyin direktoru bildirir ki, müqəddəs kitabımız Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəşr edilib və bunun bir nüsxəsi də İstiqlal Muzeyinə təhvil verilib.

Muzeyə ziyarətçi sayının ilə uyğun dəyişdiyini söyləyən hömsöhbətim bildirdi ki, bu, həm də mövsümi xarakter daşıyır. Ötən il muzeyi ziyarət edənlərin sayının 8 mindən çox olduğunu söyləyən Sədi müəllim deyir ki, ən müsbət məqam ziyarətçilər sırasında xarici turistlərin get-gedə çoxalmasıdır.

Muzey işçilərinin vaxtaşırı təlimlərdə iştirak etdiyini söyləyən muzeyin direktoru deyib ki, əməkdaşların hazırlıq səviyyəsi daim diqqət mərkəzində saxlanılır: “Mədəniyyət Nazirliyinin göstərişi ilə əməkdaşlar üçün mütəmadi olaraq treninqlər təşkil edilir. Misal üçün, yeni işçi, bələdçi və yaxud elmi işçi olsun fərq etməz, işə götürülərkən ona müəyyən bir sınaq dövrü verilir. Həmin dövrdə özünü doğruldan işçilərlə əmək müqaviləsi bağlanılır”.

Müharibədən xilas olmuş xəzinəmiz

Muzeylə tanışlıq zamanı “Müharibədən xilas olmuş xəzinəmiz” adlı guşə də diqqətimizi cəlb edir. Marağımızı görən Sədi müəllim bildirir ki, Birinci Qarabağ müharibəsi başlayanda bir sıra muzeylər öz eksponatlarını müharibə zonasından uzaqlaşdırmaq qərarına gəlib. Bunların içərisində Füzuli Tarix-Diyarşünaslıq Muzeyi, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi, Rahib Məmmədov adına Ağdam Döyüş Şöhrəti Muzeyi var idi. “2014-cü Füzuli muzeyinin beş minə qədər əşyasını Horadiz şəhərində fəaliyyət göstərən muzeyə təhvil vermişik. Həmçinin 11 əşya Döyüş Şöhrəti Muzeyinə qaytarılıb. Hazırda Cəbrayıl muzeyinin 19 mindən artıq maddi-mədəniyyət nümunəsi muzeyimizdə qorunub saxlanılır. Şükür, artıq torpaqlarımız işğaldan azad olunub və həmin muzeylər doğma Qarabağımızda fəaliyyətə başladıqdan sonra biz həmin əşyaları tam təhvil verəcəyik. Çünki biz o eksponatları müvəqqəti olaraq saxlayırıq”.

Muzeydən ayrılarkən belə bir qənaətə gəlirik: buranı ziyarət edənlər əliboş geri dönmür. Çünki burada hər kəs üçün yetəcək qədər böyük bir tarix xəzinəsi var. Elə isə tələsin, çünki “yüz eşitməkdənsə, bir görmək yaxşıdır” deyimi bu muzeydə gerçəyə çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb