Dünyanın ən böyük təndiri Astarada inşa olunur
Astara, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərində Xəzər dənizinin sahilində salınmış park-bulvar kompleksinin ərazisində dünyanın ən böyük təndiri inşa olunur.
AZƏRTAC xəbər verir ki, hündürlüyü 6,5, eni isə 12 metr olan təndirin inşasında kərpic və daşın əvəzinə əsasən yüngül metal konstruksiyalardan istifadə olunub.
Əsasən üç bölmədən ibarət olacaq təndirdə talış mətbəxinin ən məşhur yeməkləri hazırlanacaq, eləcə də çörək bişiriləcək. Hazır təamlar isə park-bulvara istirahətə gələn qonaqlara təklif olunacaq.
Hazırda inşaatçılar suvaq işləri ilə yanaşı, tavan hissəsinin də tikintisini davam etdirirlər.
Dünyanın ən böyük təndirinin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.