DVX rəisi: 2023-cü ili uğurlu il adlandırmaq olar
Bakı, 15 fevral, AZƏRTAC
Vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib.
Onun sözlərinə görə, ötən 5 il göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfəsini vermək iqtidarındadır.
"Bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaq. Ölkənin yeni strateji inkişaf dövründə, iqtisadiyyatın davamlılığının təmin edilməsi, böyüməsi və artım sürətinin yüksəlməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticəyönümlüyü artmaqdadır", - deyə DVX rəisi vurğulayıb.
O.Nəzərli əlavə edib ki, 2023-cü ili Dövlət Vergi Xidməti üçün uğurlu bir il adlandırmaq olar. “Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxil olması səfərbər edilib. 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin edilib. Ümumilikdə isə son 5 ildə aktiv vergiödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 2019-cu il yanvarın