“Easyjet” aviaşirkəti Monteneqroya investisiya yatırmaqda maraqlıdır
Podqoritsa, 15 iyun, AZƏRTAC
Monteneqro cazibədar turizm məkanıdır və böyük potensiala malikdir. Hökumət turizm infrastrukturun təkmilləşdirilməsinə çalışır.
AZƏRTAC Monteneqro mətbuatına istinadla xəbər verir ki, bu fikri ölkənin Baş Naziri Marko Duşkoviç söyləyib. Bildirib ki, hökumət “Easyjet” aviaşirkəti ilə strateji tərəfdaşlıq üçün açıqdır.
Baş Nazir, həmçinin Podqoritsa və Tivat hava limanlarının valorizasiyası planları barədə danışıb, Monteneqronun turizm potensialının buna imkan yaratdığını bildirib.
Böyük Britaniyanın “Easyjet” aviaşirkətinin icraçı direktoru Yohan Lundqren rəhbərlik etdiyi qurumun Monteneqroda uzunmüddətli investisiyalar yatırtmaqda maraqlı olduğunu söyləyib.
Hazırda “Easyjet” Monteneqroya təxminən 60 min turist gətirib. Şirkətin nümayəndələrinin fikrincə, ölkənin potensialı və regiondakı mövqeyi uzunmüddətli inkişaf üçün şərait yaradacaq və turist sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa