ƏCNƏBİ HƏKİMLƏRİN TÜRKİYƏDƏ İŞLƏMƏSİNƏ İCAZƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə hökuməti uzun sürən müzakirələrdən sonra əcnəbi həkimlərin ölkənin xəstəxanalarında işə qəbul olunmasına icazə vermişdir.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə bildirmişdir ki, bu qərar ölkədəki xəstəxanalarda həkim çatışmazlığı ilə əlaqədardır.
Türkiyədə işləyəcək əcnəbi həkimlər türk dilini öz peşələrini yerinə yetirməyə imkan verəcək dərəcədə bilməlidirlər. Nazirlik onların diplomlarının etibarlılığını diqqətlə araşdıracaqdır.
Nazir demişdir ki, Türkiyədəki universitetlərin tibb fakültələrinə bu il 1500 tələbə qəbul olunacaqdır. Gələn il isə bu rəqəm 6 minə çatdırılacaqdır.
Türkiyədə həkim kadrlarına ehtiyac əyalət xəstəxanalarında daha kəskin hiss olunur. İstanbul, Ankara və digər böyük şəhərlərdə bu ehtiyac o qədər də hiss edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]