Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyat İnstitutunda azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet məsələdir

Ədəbiyyat İnstitutunda azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet məsələdir

Bakı, 26 oktyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2013-2021-ci illərdə ədəbi-nəzəri və əməli-təşkilati fəaliyyət istiqamətləri üzrə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə uğurlu elmi nəticələr əldə edib. İnstitutun rəhbərliyi və kollektivi üçün dövlətçilik ideologiyası, azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet olub. Bu baxımdan elmi müəssisədə bir sıra siyasi-ideoloji tədbirlər yerinə yetirilib. AMEA-nın “Xəbərlər” toplusunda akademik İsa Həbibbəylinin “Azərbaycançılıq ideologiyası konsepsiyası” verilib. “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” kitabı çap olunub. İki cilddə “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı. Tarixi reallıqdan ideala” adlı kollektiv nəşr həyata keçirilib. “Ədəbiyyatda Qarabağ mövzusu”, “Vətən müharibəsinin təcəssümü ədəbi-tənqid və publisistikada” kitabları çapa hazırlanıb.

Bu barədə AZƏRTAC-a filologiya elmləri doktoru Əlizadə Əsgərzadə bildirib. Onun sözlərinə görə, Ədəbiyyat İnstitutu bu illərdə müxtəlif elmi-nəzəri və komporativ problemlər üzrə fərdi, habelə kollektiv tədqiqat işləri aparıb. İsa Həbibbəyli və Asif Rüstəmlinin “Ədəbiyyatşünaslıq elminin məbədi” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəkkülü və inkişaf mərhələləri) kitabı çap edilib. İnstitutun 85 illik yubileyi (15 noyabr 2018) keçirilib. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 10 cilddə “Molla Nəsrəddin”(2019-2020) jurnalı, “Molla Nəsrəddin ensiklopediyası” (2021) çapdan çıxıb.

Alim institutda Azərbaycan ədəbiyyatı tarixçiliyi istiqamətində yerinə yetirilən elmi-tədqiqat və elmi-təşkilati işlərdən də danışıb. Bildirib ki, institutda 10 cilddə “Azərbaycan ədəbiyyatı tarixi”nin akademik nəşrləri çapa hazırlanıb. İşin icrası 2022-ci ilin Novruz bayramına qədər başa çatdırılacaq. Şöbələr üzrə intensiv iş aparılır. Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə fundamental tədqiqatın 4 cildi çapdan çıxıb. Hazırda vacib vəzifə çoxcildliyin V (XIX əsr-yeni dövr), VI (XX əsrin əvvəlləri), VII (sovet dövrü), VIII (müstəqillik dövrü), IX (Cənubi Azərbaycan ədəbiyyatı) və X (mühacirət ədəbiyyatı) cildlərini nəşr etməkdir. “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılması yeni ədəbi dövrləşdirmə konsepsiyasına əsaslanıb. Tədqiqatın elmi-nəzəri bazası akademik İsa Həbibbəyli tərəfindən hazırlanıb və həyata keçirilib. Akademikin hazırladığı konsepsiya layihəsi Rusiya, Orta Asiya ölkələrinin elm və tədris qurumlarında sınaqdan (elmi şura, konfrans və sessiyalarda) keçirilib və “İsa Həbibbəyli. Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adı ilə nəşr olunub.

Ədəbiyyat İnstitutunun fəaliyyət sahələri zamanın tələbinə uyğun olaraq xeyli genişləndirilib. Yazılı ədəbiyyat və folklor, Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı və Dünya ədəbiyyatı şöbələri yenidən qurulub. Nizamişünaslıq şöbəsi bərpa edilib, Füzulişünaslıq sektoru, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Ədəbi tənqid, Mühacirət ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbələri, habelə “Uşaq ədəbiyyatı” şöbəsi yeni yaradılıb. Hər bir şöbə illik hesabatlar üzrə uğurlu nəticələr əldə edib.

Akademik İsa Həbibbəyli 10 cilddə “Əsərləri”ni ədəbi konsepsiyaya uyğun olaraq çapa hazırlayıb. Oncildliyin “Ədəbi şəxsiyyət və zaman”, “Yollar şeirdən başlanmışdı” cildləri nəşr olunub. “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslıq: köklər və budaqlar”, “Müqayisəli ədəbiyyatşünaslıq” cildləri çapa hazırdır. Hazırda çoxcildlik üzərində ciddi iş gedir, 2023-cü ildə başa çatdırılmalıdır. Müəllif 2013-2021-ci illərdə ”Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya”, “Nuhçıxandan Naxçıvana”, “Akademik Səməd Vurğun Vəkilov”, “Akademik İsa Həbibbəyli - biblioqrafiya” və “Literatura. Vremya. Sovremennost” adlı monoqrafik tədqiqatlarını da çap etdirib.

İnstitut “İmadəddin Nəsimi İli”ndə “Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransın Materiallarını, III Beynəlxalq Elmi Konfransın Materiallarını nəşr etdirib. “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” (2020) kollektiv monoqrafiyası, habelə akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” (Azərbaycan, rus və ingilis dillərində ), “İmadəddin Nəsimi. İraq Divanı”, “Çağdaşımız Nəsimi”, ”Nəsimi və söz”, Azərbaycan, rus və ingilis dillərində ”İmaddədin Nəsimi: tədqiqlər, məqalələr, məruzələr”, ”İmadəddin Nəsimi”, “Nəsimi nədən ənəlhəq dedi” adlı kitab və monoqrafiyalar bu sahədə qiymətli töhfələrdir.

”Nizami Gəncəvi İli”ndə ”Nizami Gəncəvi”, “Nizami Gəncəvi və Şota Rustaveli” kollektiv monoqrafiyaları nəşrə hazırlanıb. “Nizami Gəncəvi ensiklopediyası” üzərində işlər davamlı olub. Akademik İsa Həbibbəylinin “Dahi Azərbaycan şairi Nizami”, Siracəddin Hacının 10 cilddə ”Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd” kitabları, “Nizami Gəncəvi” almanaxı, habelə “Kardeş kalemler” aylıq Avrasiya ədəbiyyat dərgisinin xüsusi buraxılışının əhəmiyyəti ayrıca qeyd edilməlidir.

İnstitut Molla Pənah Vaqifin 300 illik yubileyinə “Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında” kitabını çapdan buraxıb, “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirib. “Molla Pənah olan Vaqif”, ”Füzuli zirvəsi və Vaqif başlanğıcı” adlı qiymətli monoqrafiyalar nəşr olunub.

“Bu illər ərzində akademik İsa Həbibbəylinin təşkilatçılığı və layihə rəhbərliyi ilə milli ədəbiyyat tarixçiliyi üzrə, habelə “Sənətkarın elmi pasportu” seriyasından ədəbi şəxsiyyətlərə həsr edilmiş xeyli kitab çap edilib. Yaşar Qarayevin 5 cildliyi və “Yaşar Qarayev: yaxından və uzaqdan (məqalələr, xatirələr)” toplusu, ”XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” silsilə kitabları, ”Veymarlı dahi Şərqdə”, “Vasiliy Vladimiroviç Bartold” və “Azərbaycan elmi və tərcüməşünaslıq”, “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”, “Səməd Vurğun. Seçilmiş əsərləri. Şeirlər”, “Xəlil Rza Ulutürk/həyatı, fəaliyyəti, sənəti/”, “Moskvadakı Azərbaycan ədəbi-mədəni mühiti fenomeni” adlı kitab və monoqrafiyaları, habelə Səməd Vurğunun, Mikayıl Müşfiqin, İlyas Əfəndiyevin yubiley elmi sessiyalarının materialları Sovet dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin uğurlu işləridir. Hazırda şöbənin “1960-cılar” adlı kollektiv nəşri çapa hazır vəziyyətdədir. İnstitutda “Sənətkarın elmi pasportu” seriyasından xeyli monoqrafiya da nəşr olunub.

Teymur Əhmədovun 5 cilddə “Seçilmiş əsərləri”, 3 cilddə Azərbaycan ədəbiyyatı (poeziya, nəsr, dramaturgiya) tərtibat işləri, “Nəriman Nərimanov /həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı/”, Nəriman Nərimanovun 2 cilddə “Seçilmiş əsərləri”, habelə “Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi” ,”Cənubi Azərbaycan ədəbiyyatı: elmi tədqiqlər və araşdırmalar”, ”Günümüzün Güney ədəbiyyatı antologiyası”- Poeziya” və 2 cilddə “Cənubi Azərbaycan ədəbiyyatı” kitabları Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin uğurlarından olub.

Həmçinin akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Azərbaycan mühacirət ədəbiyyatı: problemləri, şəxsiyyətləri” kitabı nəşr edilib. “Məhəmməd Əmin Rəsulzadə”, “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri”, “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” və “Teymur Atəşlinin “Seçilmiş əsərləri” də institutun uğurlu nəşrlərindəndir”, - deyə Ə.Əsgərzadə əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər