Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə müsabiqə elan edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir. Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əldə edə bilərlər.
Ərizələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin elektron poçtu ([email protected]), “Azərpoçt” və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.
Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.05.2026 [19:34]
Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub
- 29.05.2026 [18:01]
Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub
- 29.05.2026 [15:48]
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO
- 29.05.2026 [15:10]
Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb
- 29.05.2026 [14:30]
Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [20:04]