Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əgər məsuliyyətli olmasaq...

Əgər məsuliyyətli olmasaq...

Sosial məsuliyyətsizlik, qaydalara riayət edilməməsi pandemiyanın ikinci dalğasını başlada bilər

Bakı, 30 aprel, AZƏRTAC

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına vurduğu ziyandan daha çox insanların sağlamlığına təhdidi bu günümüzün ən ağrılı, diqqətçəkən probleminə çevrilib. Statistikaya diqqət yetirək. Bu günədək dünyanın 200-dən çox ölkəsində koronavirus pandemiyası nəticəsində 3,13 milyondan çox yoluxma və 217 mindən çox ölüm hadisəsi qeydə alınıb. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, eyni zamanda, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi inkişaf etmiş Avropa ölkələri, həmçinin bizə qonşu dövlət olan İrandır. Azərbaycanda yoluxma hallarının gündən-günə azalması müşahidə olunur. Virusa yoluxan insanların onlar üçün ayrılan xəstəxanalarda yüksək səviyyədə müalicə olunaraq normal həyata qayıtmaları da günümüzün reallıqları sırasındadır. Bu müsbət nəticələr dövlətimizin başçısı İlham Əliyevin zamanında verdiyi tapşırıqlar əsasında görülən qabaqlayıcı tədbirlərin nəticəsidir. Bu fikri böyük əminliklə qeyd edirik ki, əksər ölkələr Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə təcrübəsindən yararlanaraq karantin qaydalarını tətbiq ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın ilk gündən həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirildi. Gəlin yada salaq. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı dünyanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başladığı ilk vaxtlardakı müsahibəsində bu fikri xüsusi vurğulayıb ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atdı. Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mübarizə tədbirlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı.

Azərbaycanın bütün sahələrdə, o cümlədən pandemiyaya qarşı mübarizədə nümunəviliyinin əsas meyarında dövlətin öz vətəndaşına qayğısı, diqqəti dayanır. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyev pandemiyanın yaratdığı fəsadlardan bəhs edərkən ilk olaraq bildirir ki, insanların sağlamlığının qorunması prioritetdir.

İlk gündən atılan addımların davamlılığına diqqət yetirək. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların dərhal karantinə alınması üçün yaradılan şərait dövlətin öz vətəndaşının yanında olmasının, onun sağlamlığına göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Dövlətimizin başçısı İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında bu məqamı xüsusi qeyd etmişdir ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. “Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür”, - söyləyən Prezident bu məqamı da açıqlamışdır ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqlik göstərir, xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir, öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır.

Görülən tədbirlərin davamlılığı istər ölkə daxilində, istərsə də hüdudlarından kənarda Azərbaycanın pandemiyadan az itki ilə çıxacağı barədə fikirlərin səsləndirilməsini şərtləndirdi. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, 575 çarpayılıq “Yeni klinika” xəstəxanasının açılışı, 600 min insana birdəfəlik ödənişlərin edilməsi, sosial-iqtisadi tədbirlər üçün 3,5 milyard manatlıq maliyyə paketinin ayrılması, sahibkarlara vergi güzəştlərinin edilməsi və sair onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu, o demək deyil ki, təhlükə sovuşub və biz arxayınlaşmalıyıq.

Qeyd etdiyimiz kimi, dünyada koronavirus pandemiyasının geniş yayıldığı və mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda respublikamızda xüsusi karantin rejiminin yumşaldılması ölkə əhalisində təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Bu baxımdan ki, Azərbaycan dövlətinin virusa qarşı mübarizəyə başlandığı gündən karantin qaydalarını getdikcə sərtləşdirməsi ölkəmizdə bu dəhşətli xəstəliyə yoluxma hallarının coğrafiyasının genişlənməməsinə gətirib çıxardı.

Karantin rejiminin yumşaldılması şəraitində həkimlərimizin də fədakarlığını, əməyini aydın şəkildə görmək mümkündür. Virusa yoluxanların böyük bir hissəsinin müalicə olunaraq sağalması və normal həyata dönməsi həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin əməyinin nəticəsidir. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sahələrin, o cümlədən səhiyyənin inkişafında da stimulverici amil rolunu oynayır. Tibb müəssisələrində yaradılan şərait hər bir vəziyyətdən uğurla çıxmağa əsas verir. Lakin bu məqamı da unutmamalıyıq ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

Prezident İlham Əliyev bütün çıxışlarında bu çağırışı edir ki, COVID-19 pandemiyası uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Dövlətimizin başçısının bildirdiyi kimi, “... hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.”

Məhz bu kontekstdən çıxış edilərək hər bir vətəndaş maarifləndirmə işinə fəal surətdə qoşularaq bu çağırışların olunmasına dəstək göstərməlidir ki, karantin rejiminin qaydalarına və tələblərinə maksimum şəkildə riayət edilməli, özünütəcrid lazımi səviyyədə qorunmalıdır. Çünki “Evdə qalaq” çağırışına dəstək olmaqla həm özümüzün, həm ətrafımızdakı insanların sağlamlığını qoruyuruq, ən əsası dövlətə dəstək missiyasını yerinə yetiririk. Çünki pandemiyaya qarşı mübarizə ilk olaraq dövlət-vətəndaş birliyini aktuallaşdırdı.

Şübhəsiz, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın da xəbərdarlıq etdiyi kimi, epidemioloji vəziyyət tələb edərsə, yəni, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bu səbəbdən hazırkı vəziyyətdə hər şey insanlara bağlıdır. Çünki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə tələbinə riayət etməli, ən əsası maska və əlcəklərdən istifadəni unutmamalıdırlar.

Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməli, məsələyə həssas yanaşmalıdır. Gəlin unutmayaq ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yeni koronavirus pandemiyasının yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə səbəbsiz olaraq evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar.

Daha bir statistik rəqəmə diqqət yetirək. Azərbaycanda karantin qaydalarının yumşaldılmasından sonra, yəni, aprel ayının 27-də 33 yoluxma halı var idisə, 2 gün sonra bu rəqəm 49-a çatdı. Bu, onun nəticəsidir ki, insanlar karantin qaydalarının yumşaldılmasını pandemiyanın bitməsi kimi qəbul edirlər. Bu kimi yanlış düşüncə böyük fəsadlara yol aça bilər. Şəhərimizin elə bir guşəsi yoxdur ki, reklam lövhələrinə, orada əks olunan çağırışlara rast gəlinməsin. Gündəlik istifadə olunan avtobus marşrutlarında təbliğat xarakterli çağırışlar səsləndirilir, oturacaqlarda sosial məsafənin qorunması kimi tələblər yer alır. Bütün bunlar insanlarımızın sağlamlığının təminatı olmaqla yanaşı, eyni zamanda, mövcud vəziyyətdə mübarizə tədbirlərinə dəstəyə bir mesajdır.

Hər zaman qeyd etdiyimiz kimi, müəyyən bir hadisədə uğurlu başlanğıc növbəti prosesin aydın mənzərəsini yaradır. Koronavirus pandemiyasına qarşı mübarizədə ilk tələb gigiyena qaydalarına düzgün əməl olunmasıdır. Bir sözlə, insanlardan sadəcə sosial məsuliyyət hissini artırmaq, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğılarına qalmaları tələb olunur. Əgər həqiqətən də ətrafımızdakı insanları seviriksə, onların bu ümumbəşəri bəlaya tuş gəlmələrini istəmiriksə, təbii ki, qayğılarına qalmağı özümüzə borc biləcəyik. Eyni fikirləri böyüklərimiz üçün də vurğulaya bilərik. Yaşlıların qayğısına qalmaq, onların evdən çıxmamalarına yardımçı olmaq üçün köməyimizi əsirgəməməliyik. Karantin qaydalarında yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxmamalarına çağırış olunur, eyni zamanda, tənha yaşlılara sosial xidmətlər göstərilir. Atılan bütün bu addımlar “Biz birlikdə güclüyük!” çağırışına əsaslanan birliyimizə, həmrəyliyimizə işarədir. Prezident İlham Əliyevin “Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır” çağırışının davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirir: “…əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq. Özümüz üçün! Vətənimiz naminə!”

Qəbul olunan qərarlar əsasında tətbiq olunan qaydalara riayət edək, birliyə, həmrəyliyə töhfə verək, sağlamlığımızı qoruyub günbəgün möhkəmlənən, qüdrətlənən Azərbaycanın uğurlarından qürur hissi keçirək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir