“Ekol Mühəndislik Xidmətləri” XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edir
Bakı, 1 iyun, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin fəaliyyət sahələrini, həyata keçirdiyi ekoloji layihələrin və sosial sahəni əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Təşkilatçılar və iştirakçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.