CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşlarla görüşəcəklər
Bakı, 2 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev noyabrın 28-də Şəmkir və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 10:00-da Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 1) keçiriləcək.
Elə həmin gün nazir müavini Firdovsi Əliyev Qazax və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək.
Vətəndaşların qəbulu saat 10:00-da Qazax şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Parkı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz rayonu, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-31-73-5-28, 050-330-95-49, 050-645-75-77) xahiş olunur.