Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Süni zəlzələ yaratmaq mümkün deyil

Ekspert: Süni zəlzələ yaratmaq mümkün deyil

Bakı, 17 fevral, Ramiz Quliyev, AZƏRTAC

Dünyanın üzləşdiyi təbii fəlakətlər arasında minlərlə insan tələfatı ilə nəticələnən zəlzələlər mühüm yer tutur. Zəlzələlər təbii fəlakətlər arasında zərərverici xüsusiyyətə malik olan və insanları ən çox qorxudan hadisələrdən biridir.

AZƏRTAC-ın müxbirinin ekspert, memarlıq üzrə fəlsəfə doktoru, dosent Əzimxan Həsənovla müsahibəsi də bu aktual mövzuya həsr olunub.

-Ölkəmizdə 1960-cı illərdə tikilmiş “Xruşovka”ların və iripanelli “Leninqrad layihəsi” adlanan binaların zəlzələyə davamlılığı necədir?

-Respublikamızda “Xruşovka”lar və iripanelli binaların istismar müddətinin sona yetməsi barəsində söylənən fikirlərin məncə heç bir əsası yoxdur. Bu binalarla əlaqədar ümumi danışmaq olmaz və iripanelli binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Nəzəri baxımdan beton binaların istismar müddəti 100 və daha çox illərlə ölçülür. Məlumat üçün bildirim ki, 1988-ci ildə Ermənistanda baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı ərazidə yalnız 2 bina salamat qalmışdı. 9 mərtəbəli həmin binalar 7 bal zəlzələyə davam gətirmək üçün nəzərdə tutulmuşdu.

Həmçinin qeyd edim ki, 2000-ci ilin noyabrın 25-də Bakı şəhərində 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə panel binalar sirkələnsə də, güclü zədələr olmadı.

-Bəzi mütəxəssislərin fikrincə, Bakıda tikilən bir sıra hündürmərtəbəli binaların inşasında keyfiyyətli tikinti materiallarından istifadə olunmayıb. Bu da onların yüksək ballı zəlzələyə davamlılığını azaldır.

-Bakı şəhərində və respublika ərazisində tikintilərdə istifadə olunan materiallarının keyfiyyətinə nəzarət FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Bildiyimizə görə, tikinti meydançasına daxil olan hər betondan nümunələr alınır və keyfiyyəti yoxlanılır. Həmçinin istifadə olunan armatur materiallarının keyfiyyəti və sinfinin sertifikata uyğunluğu da tikinti müfəttişliyi tərəfindən təhlil edilir.

-Azərbaycanda zəlzələ riski varmı və zəlzələ riskinə qarşı hazırlıqla bağlı hansı işlər görülməlidir?

Azərbaycanda riskli binalar dedikdə ilk öncə ağıla gələn problem sakinlərin və mülkiyyətçilərin sonradan binada apardıqları müdaxilə və dəyişikliklərdir. Zəlzələyə davamlılıq baxımından ən çox narahatlığımız da budur. Qanunvericiliyə görə, hər bir mülkiyyətçi və təşkilat binanın qorunmasına məsuliyyət daşıyır.

Zəlzələ riskinə qarşı hazırlıqla bağlı mən bir mütəxəssis kimi bəzi amillərin nəzərə alınmasına ehtiyac olduğunu vacib hesab edirəm.

Belə ki, 2010-cu ildə qüvvəyə minmiş “Seysmik rayonlarda Tikinti” AzDTN 2,3-1 normativ sənədinə uyğun olaraq dəmir-beton karkas, çərçivə-rabitəli çoxmərtəbəli binaların layihələndirilməsində monolit-tirsiz bünövrə-tavasının qalınlığını (h) mərtəbə sayından asılı olaraq (hesabata uyğun) qəbul olunmalıdır. Bünövrəsinin qoyulma dərinliyinin yer səthindən binanın hündürlüyünün onda biri (1/10) H qədər torpağın altında yerləşməsini, yüksaxlayan dəmir-beton sütunlarının en kəsiklərinin sahəsini təyin edərkən ərazinin seysmikliyindən asılı olan əmsalı (8 bal üzrə 1,35) və sütunlarda armaturların birləşməsində qaynaq birləşməsinə ciddi əməl edilməlidir.

Ağır nəticələrə səbəb olan zəlzələ litosferdə, yəni yerin üst qabığında baş verən dinamik proseslər nəticəsində əmələ gəlir. Müxtəlif tektonik plitə və bloklarının sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı təkanlar təsirindən yerin üst qatı belə, öz formasını dəyişir. Zəlzələ yerin üst qatına nə qədər yaxın məsafədə olarsa, o qədər təsiri çox olur. Zəlzələnin mərkəzdən olan məsafəsi yaxın olduqca şiddəti artır. Rixter şkalası ilə ölçülən zəlzələlərə görə 6-7 bal gücündəki zəlzələ orta dərəcəli hesab edilir. 8,9,10 və 11 bal gücündə baş verən zəlzələ isə dağıdıcı kimi qiymətləndirilir.

-Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?

Azərbaycanın yerləşdiyi ərazidə baş verən zəlzələlər əsasən seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitə və bloklarının hərəkəti nəticəsində əmələ gəlir.

Tektonik zəlzələ 3 qrupa bölünür:

1-ci qrup zəlzələlər - dayaz (hiposentr 0-60 kilometr dərinlikdə olan)

2-ci qrup zəlzələlər - orta dərin (hiposentr 70-300 kilometr dərinlikdə olan)

3-cü qrup zəlzələlər - dərin (hiposentr 300 kilometrdən çox dərinlikdə olan)

O cümlədən, dərin neft-qaz quyularının qazılması, eləcə də, qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi nəticəsində də zəlzələ riskləri yaranır.

-Ölkəmizdə potensial zəlzələ ocaqları hansı ərazilər hesab edilir? Seysmik aktivliyə nəzarət olunurmu?

Azərbaycan Respublikasında tikinti rayonları zəlzələ şiddətinə görə 8 və 9 ballıq ərazilərinə ayrılıb. Bu ərazilər Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsidir. Seysmik rayonlaşdırma xəritəsinə görə ölkəmizin əksər hissəsi 8 ballıq, 20 faizə yaxın ərazisi isə 9 ballıq ərazidə yerləşdiyi görünür.

Ölkəmizdə potensial zəlzələ ocaqları Xəzər dənizində, həmçinin Böyük və Kiçik Qafqazın Azərbaycan ərazisindədir. Bundan başqa, əsas zəlzələ təhlükəsi olan ərazilər Abşeron yarımadası, Bakı, İsmayıllı, Şamaxı və Gəncə hesab edilir.

Seysmik aktivliyə nəzarət Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilir. Hazırda isə Azərbaycanda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası mövcuddur.

-Tarixi və gücü məlum olmayan, proqnozlaşdırması çətin olan zəlzələ hadisələrinə necə hazırlaşmalıyıq?

-Bilirsiniz, yer qabığında müxtəlif səslərə qulaq asmaqla zəlzələni proqnozlaşdırmaq mümkündür. Yer qabığında hər bir böyük pozuntulardan qabaq xırda pozuntular baş verir, bunlar zəlzələ yaratmır. Baş verən pozuntular müxtəlif səslər yaradır, səs cihazları ilə bu səsləri eşitmək mümkün olur. Bundan başqa, meyil ölçənlər vasitəsi ilə Yer səthinin meylini öyrənmək mümkündür. Proqnozlaşma, həmçinin atmosferin elektrik vəziyyətini dəyişməsi, yəni zəlzələdən əvvəl və zəlzələ zamanı elektromaqnit dalğalarının əmələ gəlməsi üzərində aparılan müşahidələrə də əsaslanır.

Zəlzələ haqqında xəbər verən bu üsullar yalnız zəlzələ ərəfəsində nəticə verə bilər.

Zəlzələyə qarşı hazırlaşmaq əsas etibarı ilə iki istiqamətdə olmalıdır. Birincisi, dövlət tərəfindən təşkil edilən tədbirlər, yəni zəlzələ zamanı insanların özlərini necə aparması üçün metodiq göstərişlər, bukletlər hazırlayıb onlara çatdırmalı və təlimlər (iş yerlərində, universitetlərdə, və məktəblərdə) təşkil edilməlidir.

İkincisi isə hər bir insana məxsus zəlzələ çantasının olmasıdır. Bu çantada ən zəruri - qida, su, geyim, gigiyena materialları və vacib sənədlər olmalıdır.

-Mütəxəssislər hesab edir ki, dünyada süni zəlzələlər də baş verir. Sizin bu məsələyə münasibətiniz...

-Xeyr! Mümkün deyil. Ona görə ki, bununla məşğul olan HAARP texnologiyasının məqsədi inosfer qatında fiziki prosesləri öyrənmək üçün nəzərdə tutulub. Bu araşdırma hər kəsə açıq idi. Mən bu sahədə mütəxəssis deyiləm, ancaq HAARP texnologiyasının “zəlzələ yaratmaq”, “iqlim dəyişmək” kimi bir gücünü görmürəm. Bilirik ki, zəlzələnin şiddəti və böyüklüyü vardır. Şiddət, zəlzələnin verdiyi zərərə-tələfata, dağıntılara baxaraq ölçülür. Zəlzələnin böyüklüyü isə ortaya çıxan enerjidir. Bu enerji çox böyükdür. Hazırda o enerjini ortaya çıxara biləcək texnologiya yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib