Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏLAHƏZRƏT KRALIN ŞƏXSİ HƏKİMİ

Ötən əsrin 50-ci illərinin ortalarında bizim keçmiş böyük ölkədən - SSRİ-dən müxtəlif sahələrin mütəxəssisləri, o cümlədən həkimlər işləmək üçün xaricə göndərilirdi.

Onlardan biri də azərbaycanlı həkim Salih Salihov idi. O, uzaq və əfsus ki, iqlim şəraiti o qədər də əlverişli olmayan Yəməndə işləmişdir. Yəmən kralı əlahəzrət İmam Əhməd Sovet İttifaqının başçısına müraciət edərək, ona şəxsi həkim verilməsini xahiş etmiş və həkimin hökmən müsəlman olmasını arzu etdiyini bildirmişdi. O vaxt bu iş Azərbaycan Respublikasının rəhbərliyinə tapşırılanda geniş profilli, yüksək ixtisaslı həkim kimi tanınan doktor Salihovu məsləhət görmüşdülər.

Həmyerlimizin ərəb ölkəsində fəaliyyətini fədakarlıq kimi səciyyələndirmək mübaliğə olmaz. Lakin bu barədə söhbət açmazdan əvvəl oxucuya izah etmək istərdim ki, nə üçün Yəmənə məhz Salih Salihovu göndərməyi qərara almışdılar. O dövrdə sahə həkimi kimi təcrübə toplamış doktor Salihov Azərbaycan Dövlət Tibb İnstitutunda klinik ordinator və müəllim vəzifələrində çalışmış, bir neçə tibb məktəbinin müəllimi və rəhbəri, Naftalan kurortunun direktoru, Semaşko adına xəstəxananın baş həkimi işləmişdi, elmlər namizədi idi.

…Bu hadisədən bir qədər əvvəl - 1952-ci ildə tibb aləmi doktor Salihovun adı ilə bağlı qeyri-adi, fədakarlıq sayıla biləcək bir hərəkətin nəticəsi olan kəşfin şahidi olmuşdu. Təbii ki, tibb tarixində belə faktlar əvvəllər də məlum idi. Lakin haqqında söhbət açacağım hadisə respublikamızda ilk dəfə baş vermişdi.

1940-cı illərin əvvəllərində S.Salihov Tibb İnstitutunu bitirəndə bəşəriyyətin həyatında bəlkə də ən dramatik dövr - İkinci Dünya müharibəsi başlandı. Həmin illərdə və xüsusən sonrakı onillikdə tibbi praktikada bir sıra yeni dərman preparatlarından istifadə edilməyə başlanmışdı. Onların ən təsirlisi ingilis Aleksandr Fleminqin ixtira etdiyi penisillin hesab olunurdu. Azərbaycanlı terapevt Salihov ağ ciyərlərdə irinli proseslərin müalicəsində bu preparatın venadaxili istifadəsini təklif etmişdi. Ağır xəstələrin həyatını riskə məruz qoymamaq üçün o, ilk klinik təcrübəni öz üzərində aparmış və əvvəlcədən dilindən iltizam yazaraq, bu addımına görə bütün məsuliyyəti öz boynuna götürmüşdü. Təcrübə uğurlu oldu. O vaxt “Kliniçeskaya medisina” jurnalı yazırdı ki, həkimin bu şücaəti dünya tibb elmini bir neçə yüz addım irəli aparmışdır.

Xüsusi vurğulamaq istərdim ki, doktor Salihovun qazandığı uğurlar məhz onun farmakologiya sahəsində dərin biliklərinin olmasına əsaslanırdı.

O deyirdi: “Dərmanlarla manevr etməyi bacarmaq lazımdır”. Məsələn, revmatizm xəstəliyinin bəzi formalarının müalicəsində yüksək dozada natrium-salisil preparatı tətbiq etməklə, o, əla nəticələr əldə etmişdi. Salih müəllim məhdud ixtisaslı həkimliyi qəbul etmirdi, deyirdi ki, insanın daxili orqanları bir-biri ilə o qədər sıx qarşılıqlı əlaqədədir ki, həkim hər birini bütün incəliklərinə qədər bilməyə borcludur. O, özü məhz belə həkim idi və bu bacarığı Yəməndə onun işinə çox yaradı.

Doktor Salihov bu ölkədə kimləri, hansı xəstəlikləri müalicə etməmişdi! Özü də həmişə ən müasir üsullardan istifadə edirdi. Yəmən monarxının və onun ailə üzvlərinin şəxsi həkimi kimi bu ölkəyə gəlmiş Azərbaycan elçisi əhalinin inkansız təbəqələrinin nümayəndələrinə də təmənnasız tibbi xidmət göstərirdi. Bəzən o, bir gündə 60-a qədər xəstə qəbul etməli olurdu. Ədən mətbuatında həmyerlimiz haqqında çoxsaylı yazılar dərc edilir, onu “Krallığın ən populyar doktoru” adlandırırdılar. Amerikada çıxan bir populyar jurnal isə onun xalis humanitar fəaliyyətini belə qiymətləndirmişdi: “Təkcə bu həkimin missiyası ərəblərdə onlarca tankdan, topdan daha artıq rəğbət doğurur”.

Doktor Salihov Yəməni, onun sakinlərini sevir, onlar da ona eyni münasibət bəsləyirdilər. Yəmənlilər indi də onu xatırlayırlar. Bir də ki, öz qəlbinin bir hissəsini sənin xalqına bəxş etmiş insanı unutmaq olarmı?! Salihovun səyləri sayəsində Yəmən paytaxtında Anatomiya muzeyi, mamalıq-ginekologiya şöbəsi, stomatologiya kabineti yaradılmışdı. Salihovun ömür-gün yoldaşı Adilə xanım da stomatologiya kabinetində işləyirdi. Bu ailəni tanıyan adamların dediyinə görə, doktor Salehov Adilə xanıma olduqca məhrəmanə münasibətini ətrafdakılardan da gizlətmirdi. Səna şəhərində isə Salihovun Yəməndə işlədiyi illərə həsr edilmiş muzey hələ də fəaliyyətdədir. Muzeydəki materiallar göstərir ki, Salihov bu ölkədə işləyərkən elmi araşdırmalarını da dayandırmamışdı. Məsələn, o, Afrika və Asiya ölkələri üçün səciyyəvi olan “bilqarsioz” deyilən nadir xəstəliyi Yəməndə hərtərəfli tədqiq etmişdir. Sonradan, artıq Vətəndə isə bu mövzuda elmi məqalə dərc etdirmişdi.

Azərbaycanlı həkimin əzmkarlığı, onun məqsədyönlü elmi axtarışları yəmənli həmkarlarını mat qoyurdu. Halbuki o, elə bir rahatlığı olmayan şəraitdə yaşayır və işləyirdi. Hodeyda şəhərindəki xəstəxananın direktoru deyirdi: “Bu həkimin bənzəri yoxdur… Allah bizim hökmdarımız İmamın qəlbinə salıb ki, o, belə bir həkimi ölkəmizə dəvət edib və o, ölkəmizə çox xeyir gətirib…” Belə rəyləri oxumaq çox xoşdur.

Salihov təbiətən maarifçi adam idi. O, Tibb İnstitutundan əvvəl fəhlə fakültəsini, daha sonra Pedaqoji İnstitutu bitirmiş, müəllimliklə məşğul olmuşdur. Buna görə də Yəməndə də maarifçilik fəaliyyətini davam etdirirdi. Kralın köməyi ilə ölkədə bir neçə feldşer məktəbi təşkil etmişdi, orada müvafiq fənnlərdən dərs deyirdi, özü də ərəb dilində - fitri istedadı və çalışqanlığı sayəsində o, qısa müddətdə ərəb dilini öyrənə bilmişdi.

Üstəlik, Salihov Kral Əhmədi inandırmışdı ki, bu məktəblərin məzunları xarici ölkələrdə, o cümlədən onun təmsil etdiyi ölkədə ali məktəblərdə tibbi təhsillərini davam etdirsinlər.

Doktor Salihovu tanıyanlar deyirlər ki,o, vətənindəki şagirdlərinə də böyük maraq göstərir, öz təcrübəsindən bilirdi ki, müəllimin yetişdirmələrinə bu cür münasibəti çox vacibdir. Bu baxımdan o, özünün elmi rəhbəri, Azərbaycanda terapevtlik məktəbinin banilərindən biri və Salihovun əsl peşəkar kimi formalaşmasına çox kömək etmiş professor Afonskini həmişə minnətdarlıq hissi ilə yad edirdi.

Bu xeyirxah estafeti qəbul etmiş Salihov tibb elmləri doktoru, kafedra müdiri, bir sıra monoqrafiyaların, 100-dən çox elmi məqalənin müəllifi kimi azərbaycanlı həkimlərin bütöv bir nəslini yetişdirmişdir. Onlar da öz müəllimləri kimi peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Belələrindən biri də onun oğlu, hazırda Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri olan professor Mustafa Salihovdur. Mustafa müəllim lütfkarlıq göstərərək, atası haqqında xatirələrini bölüşməyə razılıq verdi və hətta 95 illik yubileyi münasibətilə buraxılmış kitabı da mənə hədiyyə etdi.

Təəssüf ki, mən professor Salihovu şəxsən tanımırdım, hərçənd, onun haqqında tez-tez və çox eşidirdim. Bilirdim ki, Azərbaycanın baş terapevti kimi respublikada geniş şöhrət tapmışdı. Özü də təkcə gözəl mütəxəssis kimi deyil, həm də yüksək mənəviyyatlı şəxsiyyət kimi tanınmışdı. Deyirlər ki, zahirən nə qədər ciddi və təmkinli olsa da, əslində, çox səmimi, ürəyiaçıq bir insan idi.

Dünyada bütün dinlər insanlara məhəbbəti, sözün ən geniş mənasında yaxşılığı təbliğ etmirmi?! Bu mənada professor Salihovun bioqrafiyasında bir fakt mənə əsla təsadüfi görünmədi: Yəməndən Vətənə qayıdarkən özünün islami dəyərlərə sadiqliyini sübut etmək üçün o dövrün hakim ideologiyasına rəğmən Məkkəni ziyarət etmişdi. Vaxtilə onun atası hacı Mustafa da belə bir ziyarətdə olmuşdu.

Lakin professor Salihovun bütün fəaliyyətinin qaynaqlarını daha yaxşı anlamaq üçün yəqin ki, onun keçmişinə nəzər salmaq lazımdır.

O, Ağdaşda anadan olmuş, uşaq ikən valideynlərini itirmiş, ehtiyac içində yaşamışdır. Buna baxmayaraq, bütün çətinliklərə sinə gərmiş, orta məktəbi əla qiymətlərlə bitirib, paytaxta gəlmiş, burada təhsilini davam etdirmişdir. Çətin uşaqlıq illəri onun həssas qəlbində iz buraxmışdı: doktor Salihov insanların iztirablarını çoxlarından yaxşı başa düşür və onlara hər vasitə ilə kömək etməyə çalışırdı.

Fitri istedada malik olan soydaşımız haqqında mənə bağışlanmış kitabda böyük adamlardan birinin aşağıdakı sözləri sitat gətirilir: yaddaş bizim hər birimizin həyatda qoyduğu gözəgörünməz izdir… Bu yazının qəhrəmanı sağ olsaydı, gələn il onun 100 yaşı tamam olardı. Professor Salihov haqqında xatirələr təkcə Ağdaş rayonunda onun adını daşıyan mərkəzi xəstəxananın həyətində ucaldılmış tunc büstdə deyil, onun şəfa verdiyi neçə-neçə qədirbilən insanın, işini davam etdirən şagirdlərinin və nəhayət, onunla ünsiyyətdə olmuş insanların hamısının qəlblərində və düşüncələrində də yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür