Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
Bakı, 9 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycan ərazilərində landşaft-ekoloji dəyişmələr və səhralaşma proseslərinin monitorinqi” adlı elmi proqram çərçivəsində tədqiqatlar davam edir. İnstitutun mütəxəssisləri tərəfindən həyata keçirilən son ekspedisiyalar Abşeron-Cənub-Şərqi Qobustan bölgəsinin müxtəlif landşaft zonalarını əhatə edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədqiqat marşrutlarına Duvannı-Torağay-Umbakı, Səngəçal-Çeyildağ, Dəniz sahili-Qızıldaş-İlxıdağ, eləcə də Xırdalan-Pirəkəşkül-Qobustan istiqamətləri daxil edilib. Hər bir sahə müqayisəli coğrafi yanaşma əsasında araşdırılaraq təbii və antropogen təsirlər ayrı-ayrılıqda qiymətləndirilib.
Mütəxəssislərin ilkin müşahidələrinə əsasən, Abşeron və Qobustan zonaları iqlim baxımından quraq və yarımsəhra xüsusiyyətlərinə malik olduğundan burada torpaqların eroziyası, bitki örtüyünün seyrəkləşməsi və insan fəaliyyəti nəticəsində yaranan təzyiq daha aydın müşahidə olunur. Bu faktorlar səhralaşma riskini artıran əsas amillər kimi qeyd edilir.
Toplanan məlumatların təhlili nəticəsində region üzrə ekoloji dəyişikliklərin xəritələndirilməsi, risk zonalarının müəyyənləşdirilməsi və uzunmüddətli proqnozların hazırlanması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:10]