“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
Bakı, 9 iyun, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yaxın Şərqdəki münaqişənin təsirləri səbəbindən cari il üzrə qlobal iqtisadi sektora dair proqnozunu dəyişib.
AZƏRTAC xəbər verir ki, agentlik proqnozu “neytral”dan “pisləşən”ə endirib.
“Fitch Ratings” iqtisadi artımın zəifləyəcəyini, inflyasiyanın və istiqraz gəlirlərinin artacağını və müharibənin təsirləri səbəbindən geosiyasi risklərin artacağını proqnozlaşdırır. Bildirilir ki, son zamanlar qlobal iqtisadiyyat və maliyyələşdirmə şərtlərinin göstərdiyi dayanıqlıq bu riskləri müəyyən dərəcədə məhdudlaşdırır.
Agentlik münaqişənin təsirlərini əks etdirən bütün 5 regional sektor üzrə proqnozunu “neytral”dan “pisləşən”ə endirdi. Perspektivi yaxşılaşan yeganə region isə iqtisadi artımı dəstəkləyən güclü ixrac səbəbindən proqnozu “neytral”a yüksələn Çin olub. Xam neft ehtiyatları, yerli emal gücü və müxtəlif enerji mənbələrinin Çini enerji şokundan qoruyacağı gözlənilir.
Vurğulanır ki, artan enerji qiymətləri inkişaf etmiş iqtisadiyyatlarda iqtisadi artıma və inflyasiya proqnozlarına mənfi təsir göstərir, eyni zamanda, bu, həmçinin dövlət maliyyəsinə təzyiqi artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]