Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elbay Qasımzadə: Memarlar İttifaqının binası müasir memarlıq üslubunda artırılacaq

Elbay Qasımzadə: Memarlar İttifaqının binası müasir memarlıq üslubunda artırılacaq

Bakı, 16 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Bakı hazırda dünyada memarlıq sahəsində cərəyan edən müsbət meyillərin cəsarətlə həyata keçirildiyi şəhərlər sırasında öncül yerlərdən birini tutur. Paytaxtdakı yeni binalar tarixi memarlıqla çox gözəl şəkildə uzlaşmaqla yanaşı, həm də gözəl dizaynı ilə buraya gələn qonaqları heyran edir.

AZƏRTAC-ın Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Memarlar İttifaqlarının Beynəlxalq Assosiasıyasının prezidenti Elbay Qasımzadə ilə müsahibəsi də memarlıq və şəhərsalma problemlərinə və digər aktual məsələlərə həsr olunub.

- Elbay müəllim, artıq ilin sonuna yaxınlaşırıq. Bu il Memarlar İttifaqının həyatında hansı yadda qalan hadisə baş verib?

- Bu il Memarlar İttifaqı üçün kifayət qədər çox uğurlu olub. Ümumiyyətlə, son illər Memarlar İttifaqında aparılan işlər xeyli fəallaşıb.

Memarlar İttifaqının artıq üçüncü ildir “Memar” jurnalı dərc olunur. Burada təşkilatın fəaliyyəti, aparılan iş, ölkədə memarlıq sahəsində baş verən hadisələr haqqında memarlara mütəmadi olaraq məlumat verilir. Jurnal yalnız memarlar tərəfindən deyil, eləcə də oxucular tərəfindən yüksək dəyərləndirilir.

Səhərsalma və memarlıq sahəsinə Prezident İlham Əliyev böyük dəstək verir, ona görə də Bakıda son illər bir çox memarlıq əsərləri yaradılıb. Şəhərin ilbəil simasının dəyişdiyini xaricdən gələn qonaqlarımız da təsdiqləyir. Yalnız son iki ildə neçə-neçə gözəl komplekslər inşa olunaraq xalqın istifadəsinə verilib.

Bu il iki böyük tədbir keçirilib. Onlardan biri 2013-cü ildən təşkil olunan Bakı Beynəlxalq Memarlar Müsabiqəsidir. Keçən müsabiqədən fərqli olaraq builki müsabiqədə iştirakçıların sayı 30 faizdən çox artıb. Əgər ötən il 27 ölkə iştirak edirdisə, bu il 37 ölkəni təmsil edən 250-dən artıq layihə təqdim olunub. Müsabiqənin coğrafiyası da çox genişdir. Hətta Amerika, Avstraliya və Afrikadan da müsabiqəyə işlər göndərilib.

Builki müsabiqədə beynəlxalq münsiflər tərəfindən 21 qalib müəyyənləşdirilib, onlardan ikisi Azərbaycan memarları Rasim Balakişiyev və Elçin Əliyevdir. Portuqaliya və İtaliya memarları ən çox mükafat alanlar sırasında olub.

- Siz bu il həm də Memarlar İttifaqları Assosiasiyasının prezidenti seçilmisiniz. Bu assosiasiyanın fəaliyyəti nədən ibarətdir?

- Bu il Bakıda keçirilən ikinci böyük tədbir MDB ölkələrinin Beynəlxalq Assosiasiyasının 4-cü konfransıdır. Sovetlər İttifaqı dağılandan sonra SSRİ Memarlar İttifaqının Moskvada keçirilən sonuncu plenumunda memarlar ittifaqları arasında əlaqələrin itirilməməsi məqsədi ilə MDB ölkələrinin Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyası yaradıldı. Hər üzv ölkənin nümayəndəsi bir il quruma rəhbərlik edir. Bu il konfrans Bakıda keçdi və həmkarlarımız məni assosiasiyaya prezident seçdilər. Artıq fəaliyyətə başlamışam və ilk təkliflərimi göndərmişəm.

- Bu hansı təkliflərdir?

- Qeyd edim ki, Baltikyanı ölkələr bu təşkilata daxil olmayıblar. Mən çalışacağam ki, bu ölkələrdən olan memarları da assosiasiyaya cəlb edəm. Bundan başqa, assosiasiya MDB ölkələri çərçivəsindən kənara çıxıb, bizim sıramızda Serbiya və Polşa da var, Türkiyə buraya üzv olmaq üçün meyil göstərir. Beləliklə də, təşkilatın əhəmiyyəti xeyli böyüyür. Moldova memarları ilə də əlaqələrin istiləşməsinə ehtiyac var. Orada baş verən ictimai-siyasi hadisələrə görə, onlar bizim tədbirlərə gəlmirlər. Ola bilsin ki, yaxınlarda Moldovaya səfər edim və Memarlar İttifaqının sədri ilə görüşüm. Assosiasiya öz üzvlərini itirmək fikrində deyil və onun möhkəmləndirilməsində maraqlıdır.

Assosiasiya həmçinin “Arxitektura, stroitelstvo, dizayn” adlı jurnal buraxır. Ötən nömrələrindən biri tamamilə Bakıya, Azərbaycana həsr olunmuşdu. Biz özümüz jurnal üçün maraqlı materiallar təqdim etmişik. Onu da deyim ki, jurnal çox möhtəşəm alınıb və Azərbaycanı istəməyən xain qonşumuz üçün də çox böyük xəbərdarlıq oldu. Biz həm də bununla Azərbaycanın iqtisadi qüdrətini, sürətlə inkişaf etdiyini sübut etdik.

- Memarlar İttifaqı gənc və istedadlı memarların yaradıcılığına necə dəstək verir?

- 2012-ci ildə keçirilən qurultayda həmkarlarım məni Memarlar İttifaqına sədr seçəndə mən fəaliyyətimin prioritet istiqamətlərini müəyyən etmişəm. Bu əsas etibarı ilə gənclərə dəstək vermək, onların yaradıcılığına kömək etmək və gələcək həyatlarında düzgün istiqamət verməkdir.

Memarlar İttifaqının tərkibində gənclər klubu yaradılıb. Klub gənc memarları cəlb edir, müsabiqələr, konfranslar keçirir. Gənclər tədbirlərimizdə də fəal iştirak edərək, peşəkar həmkarlarının təcrübəsindən yararlanırlar. Ümumiyyətlə isə başlıca istiqamətlərdən biri gənclərlə işdir.

2014-cü ildə biz Cənubi Afrika Respublikasının Durban şəhərində Beynəlxalq Memarlar İttifaqının konqresində iştirak etdik. İlk dəfə olaraq 15 nəfər nümayəndə heyətinin 7-si gənclər idi.

- Dünya memarlarını narahat edən ən aktual məsələlərdən biri kompyuter qrafikası, ona olan ciddi tələbat və eyni zamanda bunun memarlıq yaradıcılığına verdiyi mənfi təsirlərdir...

- Bilirsiniz, bu məsələ dünya memarlarını narahat etsəydi, mən sevinərdim. Əfsuslar olsun ki, dünya memarları özlərini kompyuterdən ayrı təsəvvür edə bilmirlər. Əlbəttə ki, kompyuter qrafikası ilə işləmək memarlıq sənətinə, yaradıcılığa böyük ziyan vurur.

Zənnimcə, yaradıcılıq odur ki, insan öz beyni, ürəyi və əli ilə işləsin. Memarlar da əsərlərini təsəvvürləri, əlləri ilə yaratmalıdırlar. Kompyuter bir tərəfdən işi asanlaşdırır, digər tərəfdən isə memarın imkanlarını xeyli məhdudlaşdırır. Kompyuterin yaddaşında olan elementlər heç vaxt insan beynində yaranan elementlərdən üstün ola bilməz. Çünki insan beyni sərhədsiz okeandır.

Artıq hesab olunur ki, əllə işlənilən layihələr daha üstündür və daha yüksək qiymətləndirilir. Bu gün sifarişçilər əllə hazırlanan layihələri yüksək dəyərləndirirlər.

- Son illər ölkəmizdə gözəl memarlığa malik binaların müəllifi əsasən xarici mütəxəssislərdir. Bu sahədə azərbaycanlı memarların təcrübəsindən niyə istifadə olunmur?

- Memarlıq fəaliyyəti haqqında qanunda göstərilib ki, xarici ölkələrin memarları Azərbaycandakı fəaliyyətlərini yerli memarlarla birgə təşkil etməlidirlər. 1996-cı ildə qəbul olunmuş qanunun müəlliflərindən biri də mənəm. Ulu öndər Heydər Əliyev o zaman bu təklifi dəstəkləmişdi. Bu gün Azərbaycanda harada xarici memar çalışırsa, bilin ki, onun yanında yerli memar da var və işin ən çətin hissəsini də məhz azərbaycanlı memar görür. Bu işləri həyata keçirən xarici şirkətlər adətən brend olduğu üçün onların adı hallanır.

Bakının Heydər Əliyev prospektində, SOCAR binasının yanında Azərsu ASC -nin binası tikilib. Onun əsas müəllifi “Heerim architects and planners” Koreya şirkətidir. Amma onunla bərabər bu layihəni bizim “EL & EN” şirkəti işləyib. Yeri gəlmişkən, Bakıda keçirilən MDB ölkələrinin müsabigəsində bu Azərbaycan şirkəti sözügedən layihəyə görə, “QRAN PRİ” və “Qızıl medal” mükafatına layiq görülüb.

Bilirsiniz, bizim kifayət qədər istedadlı memarımız var. Respublikada statistikaya görə, 10000-ə yaxın diplomlu memar fəaliyyət göstərir. Onların bir qismi digər sahələrdə çalışsalar da, memarlıqda işləyənlər az deyil. Bizim şəhərləri gözəlləşdirən, müasir görkəm verən də elə onlardır. Bu memarlar Bakıda böyüyüblər, şəhərin memarlığına da hamıdan yaxşı bələddirlər.

Günümüzün bir aktual məsələsi barədə də mövqeyimi bildirmək istəyirəm. Bəzi yerli memarlar Azərbaycan arxitekturasına məxsus olmayan elementlərdən binaların fasadlarında istifadə edirlər. Kompyuterdə gördükləri, müxtəlif dövrlərə aid elementləri öz layihələrinə tətbiq edirlər. Bunların əslində Bakıya heç bir aidıyati yoxdur. XIX əsrin axırları və XX əsrin əvvəlləri Bakıda tikilən binalar əslində Avropa üslubunda inşa olunan binalardır. Çünki onları Avropa memarları - Yevgeni Skibinski, İosif Ploşko, İosif Qoslavski və digərləri layihələndiriblər. Təbii ki, gözəl abidələrdir, biz onları qoruyub saxlamalıyq. Bununla yanaşı, hesab edirəm ki, bu bizim üçün örnək deyil. Örnək Şirvanşahlar Sarayı və Gülüstan Sarayıdır, Mömünə Xatun türbəsidir və s. İlk növbədə onları görmək və memarlıqda tətbiq etmək lazımdır.

- Müasir memarlığın əsas inkişaf istiqamətləri hansılardır?

- Memarlıq ilk növbədə müasir olmalıdır. Memarlıq da həyatın hər bir sahəsi kimi daim inkişafdadır. Onun əsasları, keçmişi, tarixi hər bir yaradıcı memar üçün böyük bir bilik mənbəyidir. Odur ki, gənc mütəxəssislərimiz ondan bəhrələnməli və öyrənməlidir. Bu gün texniki inkişafdan imtina etmək mümkün deyil. Müasir memarlıqda bütün tikinti sənayesi beton, dəmir-karkas və şüşə üzərində qurulub. İndiki zamanda 18 mərtəbəli binanı daşı-daş üstünə qoymaqla tikmək olarmı? Həmin binanın mütləq dəmir-beton karkası, möhkəm özülü olmalıdır.

- Avropanın inkişaf etmiş ölkələrində alternativ enerji mənbələrinin tətbiq edildiyi ekoloji və yaşıl binaların artım tendensiyası müşahidə edilir. Bu proses Azərbaycanda necə gedir?

- Şamaxı və digər bölgələrdə bina və qurğuların inşasında alternativ enerji mənbələrindən, daha çox isə günəş enerjisindən istifadə olunur. İlk növbədə respublikanın iqlim şəraiti buna imkan verir, həmçinin iqtisadi cəhətdən bu daha ucuz başa gəlir. Siyəzən rayonu ərazisindəki dəyirmanlar isə külək enerjisi ilə işləyir. Hazırda “EL & EN” şirkətinin böyük bir layihəsi var. Şirkət Bakının Pirallahı rayonunda yeni texnoloji parkın layihəsi üzərində çalışır. Artıq onun tikintisinə başlanılıb. Orada alternativ enerji mənbələrinin də tətbiqi nəzərdə tutulub. Eyni zamanda, 50 hektar ərazidə tədris obyektləri, inzibati binalar da tikiləcək. Hesab edirəm ki, Azərbaycan bu sahədə Avropa ölkələrindən geridə qalmayıb.

Yaşıl binalara gəldikdə isə, bu bir istiqamətdir. Bu təklifi təxminən 20 il əvvəl Malayziyadan olan bir memar irəli sürüb. Geniş müzakirələrdən sonra bəzi ölkələr bu istiqamətdə bir sıra binaların layihəsini həyata keçiriblər. 2001-2002-ci illərdə mən də “Sovetski”də tikilmək üçün belə bir layihə hazırlamışam. Amma həmin yer boş qalıb, bina da tikilməyib.

Əlbəttə ki, ekoloji memarlıq anlayışı var və hər bir şəhərdə unikal bir nümunə ola bilər. Yaşıl binaların geniş tətbiqi isə çox çətindir. Çünki kvadratmetrinin qiyməti xeyli yüksəkdir ki, bu da evin qiymətinin az qala 3 dəfə artmasına səbəb olur.

- Bakıdakı nəqliyyat sıxlığı və tıxaclar promleminin həllini Siz bir təcrübəli memar kimi nədə görürsünüz?

Bakı şəhərinin nəqliyyat problemi aktual məsələdir. Bilirsiniz ki, paytaxtın mərkəzi hissəsi çox qədimidir və dar küçələrdən ibarətdir. Yəni avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan küçələrdir. Burada əlbəttə ki, nəqliyyatın hərəkəti

tənzimlənməlidir.

Əvvəlcə, şəhərin mərkəzinə avtomobil hərəkətinə məhdudiyyət qoyulmalıdır. Belə ki, hansısa saatlarda müəyyən kateqoriyalı maşınlar daxil ola bilər, digəriləri isə yox. Başqa bir yol isə bəzi təşkilatları mərkəzdən uzaqlaşdırmaqdır. Bunun əsas həll yollarından biri kimi nəqliyyatçıların yol polisi və Bakı şəhər İcra Hakimiyyəti ilə birgə işləməsində görürəm. Yəni nəqliyyat işçiləri ictimai nəqliyyatı istədikləri istiqamətə yönəltməməli, bunu əvvəlcə yol polisi və şəhər rəhbərliyi ilə razılaşdırmalıdırlar. Sözügedən təşkilatlar birgə işləməyincə, birgə qərar verməyəcəkləri təqdirdə nəqliyyat probleminin həlli mümkün deyil.

- Bəzən ictimaiyyət arasında paytaxtın başqa əraziyə köçürülməsi kimi fikirlər də yer alır...

- Məncə bu, qəti yolverilməzdir. Hesab edirəm ki, Qazaxıstanın paytaxtının Astanaya köçürülməsindən ölkə heç nə qazanmayıb.

Misal üçün, səhiyyə və təhsil müəssisələri Bakıdan kənara köçürüləcəyi təqdirdə, nazirliklər də yerlərini dəyişməlidir. Lakin həmin qurumların mütəxəssisləri iş yerlərini dəyişməyə razı olacaqlarımı? Odur ki, bu fikir orijinal olduğu qədər də reallığı əks etdirmir.

- Rusiyanın paytaxtı Moskva şəhəri öz sərhədlərini vilayət torpaqları hesabına artırır. Bəs Bakı şəhəri necə inkişaf etməlidir?

- Düzdür, Moskva şəhəri öz sərhədlərini vilayət torpaqları hesabına artırdı. Fikrimcə, Rusiya paytaxtı öz problemlərini həll edə bilmədi. Əksinə, yeni ərazilərin təminatı yeni problemlər yaratdı. Bütün bunlar həm də Moskva memarlıq idarəsinin qarşısında ciddi vəzifələr qoydu. İndinin özündə də onlar bu problemi yaşayırlar.

Amma Bakının da inkişafı üçün kifayət qədər imkanlar var. Belə ki, Abşeron rayonu böyük torpaq ehtiyatına malikdir. Bu yaxında “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi hazırlandı. İlk dəfə olaraq, paytaxtın inkişaf planı ilə yanaşı, Ələt və Xırdalan qəsəbələrinin və Sumqayıt şəhərinin inkişaf konsepsiyası ilə bağlı təklif verildi. Bakı və Sumqayıt şəhərləri bir-biri ilə yalnız ərazi yaxınlığı ilə deyil, həm də insanların gediş-gəlişi ilə bağıdır.

Ümumiyyətlə, Bakının həm ərazi, həm də əhali cəhətdən artması lazımdırmı? Şəhərdə haradasa 3 milyona yaxın adam yaşayır. Adətən ölkələrdə şəhər əhalisi 35-40 faizdən artıq olmalı deyil. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün bölgələrdə sosial infrastruktur layihələri həyata keçirilir. Rayon sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün lazımi şərait yaradılıb ki, şəhərə axının qarşısı alınsın.

- Bakının “Sovetski” adlanan ərazisində yerləşən 100-dək tarixi binaların, o cümlədən Memarlar İttifaqının binasının aqibəti necə olacaq?

- Bu ərazidə 72 tarixi bina dövlət tərəfindən mühafizə olunur. Baş nazirin müavini Abid Şərifov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu məsələyə ciddi yanaşaraq qəti tələb qoyublar ki, binaların əksəriyyəti saxlanılsın. Amma elələri də var ki, texniki cəhətdən bərbad vəziyyətdədir. Həmin binaların 100 ildən artıq yaşı var. Oranın sakinləri təhlükə altında qalmamalıdırlar.

- Deyilənə görə, “Sovetski” ərazisindəki evlərə məxsus orijinal ornamentlərdən park yaradılması nəzərdə tutulur. Belə bir park harada yaradılacaq?

- Aydındır ki, bəzi binaları texniki vəziyyətinə görə saxlamaq mümkün olmayacaq. Amma onlarda gözəl dekor elementləri var. Mədəniyyət və turizm nazirinin özünün ideyasına görə, həmin elementləri oradan yığıb, parkların, bağların birində nümayiş etdirmək lazımdır. Məqsəd odur ki, bu elementlər Azərbaycanın qədim tarixini əks etdirən sənət əsəri kimi qalsın, gələcək nəsillər görüb, onlardan bəhrələnərək nə isə öyrənsinlər. Bu, çox yaxşı fikirdir. Əgər binanı bütövlükdə qoruyub saxlamaq mümkün deyilsə, onun elementlərini gələcək nəsillər üçün qorumaq gərəkdir. Məsələn, Yaponiyanın Osaka şəhərində köhnə limanın ərazisi boşaldılıb, onun yerində müasir şəhər tikilib. Bununla belə, orada köhnə bir anbarı saxlayaraq içərisini muzey ediblər, nümunə kimi qoruyurlar. Buraya gələn ziyarətçilərə göstərsinlər ki, bu ərazilərdə əvvəllər liman olub.

Memarlar İttifaqının binası isə birmənalı olaraq öz yerində qalacaq. Binanın arxa hissəsində yerləşən 1-2 mərtəbəli evlərin sökülməsi planlaşdırılır. Belə bir layihə hazırlamışıq ki, Memarlar İttifaqının bu ərazidə yeni korpusu tikilsin, çünki indiki binanın yeri çox dardır. Layihəyə əsasən, bina Zərgərpalan küçəsinə qədər müasir memarlıq üslubunda artırılacaq. Onun ön hissəsi tarixi görkəmi zəngin olduğundan qalmalıdır. Qarşı tərəfdə yerləşəcək bağın alt qatında avtomobillər üçün parkinq nəzərdə tutulub. Bina dövlət səviyyəli abidə kimi qorunur və Memarlar İttifaqının mülkiyyətidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək