Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müvəqqəti işlər vəkili: ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafını müşahidə etmək məmnunluq doğurur - MÜSAHİBƏ

Müvəqqəti işlər vəkili: ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafını müşahidə etmək məmnunluq doğurur - MÜSAHİBƏ

Bakı, 22 yanvar, AZƏRTAC

ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonun AZƏRTAC-a müsahibəsi

- Xanım Karlon, ABŞ və Azərbaycan arasında hazırkı siyasi dialoqu necə qiymətləndirirsiniz? Təsadüfi deyil ki, 2025-ci il sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı avqustun 8-də keçirilmiş Vaşinqton Sammitinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarə olduğunu söylədi. Sizin fikrinizcə, Vaşinqtonda Prezident İlham Əliyevin və Prezident Donald Trampın görüşündən, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanmasından sonra iki dövlət arasında əməkdaşlıqda hansı əsas çağırışlar və imkanlar mövcuddur?

- Məlumat üçün xatırladım ki, mən Azərbaycana 2025-ci ilin iyun ayında gəlmişəm. Ötən yeddi ayda ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafını müşahidə etmək məndə məmnunluq doğurur. Əlbəttə, bu dövrün ən yaddaqalan məqamı 8 avqust Sammiti idi. Həmin Sammitdə Prezident Tramp Prezident İlham Əliyevi və Baş nazir Paşinyanı Vaşinqtona dəvət etmişdi və orada bir sıra tarixi sənədlər imzalandı. Birincisi və ən asası isə, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında sülhə dair saziş layihəsinin paraflanması idi.

İkincisi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) barədə oldu. Bu məsələ imzalanmış Birgə Bəyannamənin vacib bir hissəsidir.

Üçüncüsü, bizim üçün çox mühüm olan, gələcəkdə strateji əməkdaşlığın qurulması məqsədilə ikitərəfli tərəfdaşlıq haqqında sənəd idi. ABŞ və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çərçivəni müəyyən edən Anlaşma Memorandumu imzalandı.

Beləliklə, ötən aylar ərzində artıq bu sənədlərin faydalarını görməyə başlamışıq. Ötən il dekabrın 19-da hökumətlərimizin nümayəndələri Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclasını keçirərək gələcək əməkdaşlığımızın müəyyənləşdirilməsi məsələlərini müzakirə etdilər.

Avqustun 8-dən sonra formalaşan yeni münasibətlər ABŞ şirkətləri üçün də imkanlar yaradıb. Mən bu imkanlar barədə bir sıra ABŞ şirkətləri ilə danışmışam və bu, Azərbaycanla münasibətlərimizin gələcək mərhələsində diqqət mərkəzində olacaq. Onu da qeyd etmək istəyirəm ki, ABŞ şirkətləri innovasiya və texnologiya sahələrində dünyada liderdirlər və biz bu imkanları ölkələrimizin qarşılıqlı rifahı naminə Azərbaycana gətirmək istəyirik.

- Doğrudan da Vaşinqton Sammiti bütün dünyanın diqqətini çəkən müsbət bir hadisə oldu. Sizin də bəhs etdiyiniz kimi, həmin gün Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair Saziş layihəsini parafladılar, həm də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar, Prezident Donald Tramp da buna şahid qismində imza atdı. Bütün bunların əhəmiyyəti barədə çoxlu sayda bəyanatlar, açıqlamalar verilib. Bununla bağlı ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkilinin fikirlərini də eşitmək istərdik.

- İlk növbədə, deyərdim ki, son otuz ildən artıq müddətdə Cənubi Qafqazda sülh üçün ən yaxşı fürsət avqustun 8-də keçirilən Sammit və Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyanın Prezident Donald Trampın iştirakı ilə göstərilən təşəbbüsdür.

Bu, tarixi bir nailiyyətdir və Birləşmiş Ştatlar bunun bir parçası olmaqdan böyük qürur duyur. Eyni zamanda, avqust ayında Prezident Donald Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış strateji tərəfdaşlığımıza dair Anlaşma Memorandumu da münasibətlərimizi irəli aparmaq üçün, - xüsusilə iqtisadi sahədə, - çox böyük bir fürsətdir.

Avqustun 8-dən bəri biz süni intellekt, rəqəmsal infrastruktur, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanları fəal şəkildə müəyyənləşdirir və inkişaf etdiririk. Düşünürəm ki, bu yeni imkanları görmək hər iki ölkə üçün həqiqətən sevindiricidir. İrəliyə doğru hərəkətimizin və əməkdaşlığımızın sübutu olaraq, hər iki tərəfdən çoxsaylı səfərlərin şahidi olmuşuq.

Belə ki, Azərbaycan tərəfindən, bildiyiniz kimi, xarici işlər naziri, təhsil, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, enerji sahələrinə cavabdeh nazirlər, həmçinin müdafiə və təhlükəsizlik üzrə nümayəndə heyəti ölkəmizə səfər edib. ABŞ tərəfindən isə açığı, ziyarətçilərin siyahısı çox genişdir. Avqust ayından bəri biznes nümayəndə heyətimiz səfər edib. Onlar Orta Dəhlizi müzakirə etmək üçün Qazaxıstanda, Azərbaycanda və Gürcüstanda olublar. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan səfər edib. Sülh missiyaları üzrə xüsusi elçi Arye Laytstoun da Azərbaycanda səfərdə olub.

Mərkəzi Komandanlığın komandanı, admiral Bred Kuperin və digər şəxslərin də səfərlərini xatırlatmaq istərdim. ABŞ Dövlət Departamentindən Azərbaycana ən yüksək səviyyəli ziyarətçilərdən biri ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker idi. O, Federal Rabitə Komissiyasının üzvü ilə birlikdə gəlmişdi. Onlar Azərbaycanın Bakıda çox uğurla ev sahibliyi etdiyi Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında iştirak edən ABŞ-ın böyük nümayəndə heyətinə rəhbərlik edirdilər. Bunu da qeyd edim ki, biz, həmçinin hərbi və təhlükəsizlik sahəsində onilliklərdir davam edən tərəfdaşlığı yenidən başlatmaq üçün Oklahoma Milli Qvardiyasının rəhbərlərini də qarşıladıq. Gördüyünüz kimi, ABŞ tərəfindən Azərbaycana çox ciddi maraq var.

Biz artıq 2026-cı ildə çox yaxşı bir başlanğıc etmişik. Prezident İlham Əliyev yanvarın 4-də Konqresin nümayəndə heyətini çox səmimi şəkildə qəbul edib. Nümayəndə heyətinə ABŞ-ın Oklahoma ştatından senator Markveyn Mallin rəhbərlik edirdi. Bu, ikipartiyalı nümayəndə heyəti idi və onlar ikitərəfli münasibətlərimizi genişləndirməkdə çox maraqlı olduqlarını bildiriblər.

Qeyd etmək istəyirəm ki, azərbaycanlı tərəfdaşlarımız ABŞ nümayəndələrini qarşılamaqda son dərəcə səmimi və qonaqpərvər olublar.

Mən şəxsən ABŞ-dan gələn ziyarətçilərlə danışmışam. Onların bir çoxu səfərlərindən təsirləndiklərini bildirərək, buraya yenidən qayıtmaq niyyətində olduqlarını söyləyiblər. Düşünürəm ki, 2026-cı il ABŞ-dan gələn ziyarətçilərin ili olacaq və qarşıdakı aylarda daha çox səfər gözləyirik. Bu, ABŞ-Azərbaycan münasibətləri üçün çox yaxşı haldır.

- Prezident İlham Əliyevin BMT tribunasından müasir dünya üçün verdiyi çox mühüm mesajları ABŞ-ın Azərbaycandakı diplomatik korpusunun rəhbəri olaraq necə dəyərləndirirsiniz?

- Biz Prezident İlham Əliyevin və Baş nazir Paşinyanın avqustun 8-də keçirilən sammit barədə bəhs etməsindən məmnunuq. Onlar ötən il Birləşmiş Ştatlarda imzalanmış tarixi sənədlərdən bəhs etdilər. Düşünürəm ki, bu, həmin xalqların malik olduğu nikbinliyi, regionun bütün ölkələrinin gələcəyi ilə bağlı bölüşdüyü ümidləri və artıq həyata keçirildiyini gördüyümüz davamlı sülh perspektivlərini açıq şəkildə əks etdirir. Biz, həmçinin Prezident İlham Əliyevin Anlaşma Memorandumunu və ikitərəfli münasibətlərin yüksəldilməsini qeyd etməsindən də xeyli məmnunuq.

Əlbəttə ki, regional enerji təhlükəsizliyi və regional bağlantı məsələləri də bizim üçün son dərəcə vacibdir. Buna görə də bu məsələlərin qeyd olunmasını da vurğulamaq istərdim.

- Xanım Karlon, Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Bu barədə də fikirləriniz maraqlı olardı.

- Bəli, biz Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan bu son addımları alqışlayır və məmnuniyyətlə qarşılayırıq. Bunlar 2025-ci il avqustun 8-də Prezident Trampın iştirakı ilə paraflanan sülhə dair Saziş layihəsinə hər iki tərəfin həqiqətən sadiq olduğunu göstərən mühüm etimad quruculuğu səyləridir. Ticarət və nəqliyyat marşrutlarının bərpası isə sözsüz ki, bütün regionun və hər iki ölkənin iqtisadiyyatlarına çox böyük müsbət təsir göstərəcək.

Beləliklə, bir daha vurğulayırıq ki, indiyədək göstərilən bu səyləri ürəkdən alqışlayır və məmnuniyyətlə dəstəkləyirik.

- Sizin fikrincə, Zəngəzur dəhlizinin - TRIPP marşrutunun Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan üçün əsas iqtisadi üstünlükləri nələrdir? Məsələn, tranzit potensialının artması, yeni iş yerlərinin yaradılması, logistika sahəsinin inkişafı baxımından...

- “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) həqiqətən inqilabi bir layihədir ki, avqustun 8-dən əvvəl çox az adam onu mümkün hesab edirdi. Prezident Trampın səyləri sayəsində TRIPP, fikrimizcə, sülh sazişinin paraflanmasına mane olan sədlərin aradan qaldırılmasına kömək edən əsas amillərdən biri oldu.

Bu sənədin tarixi əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulamaq istərdim. Biz TRIPP-i Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı 30 ildən sonra ilk dəfə real şəkildə birləşdirən tam multimodal tranzit məkanı kimi təsəvvür edirik. Bu, həm beynəlxalq, həm də dövlətlərarası bağlantını təmin edəcək və həm bütövlükdə regionun, həm də hər iki ölkənin iqtisadiyyatı üçün çox böyük təsirə malik olacaq.

Biz inanırıq ki, TRIPP layihəsi regional bağlantıları, əsl mənada gücləndirmək potensialına malikdir. O cümlədən bu layihə Azərbaycanın region üçün mərkəzə çevrilmək niyyətinin reallaşdırılmasına kömək edəcək, eyni zamanda, Mərkəzi Asiya ilə Qərbi Avropa ölkələri arasında tranzitin inkişafına təkan verəcək.

- ABŞ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın 2026-cı il və növbəti illər üçün əsas prioritetləri nələrdən ibarətdir?

- İki ölkə arasında imzalanmış Anlaşma Memorandumunda əməkdaşlıq üçün bir neçə sahə müəyyənləşdirilib. Onların bir çoxu iqtisadi yönümlüdür. Beləliklə, Memorandumla bağlı müzakirə etdiyimiz üç əsas prioritet var. Birincisi, bağlantıdır, buna enerji və nəqliyyat bağlantıları daxildir.

İkincisi, ticarət və investisiyalardır, yəni ikitərəfli ticarət və investisiya. Bu kateqoriyaya süni intellekt, kibertəhlükəsizlik və qarşılıqlı maraq doğuran digər sahələr də daxildir. Bundan əlavə, müdafiə və təhlükəsizlik məsələlərinin də müəyyən iqtisadi komponentləri ola bilər.

Biz strateji əməkdaşlığımızın daha konkret məzmununu formalaşdırmaq və nizamnaməmiz çərçivəsində nə görmək istədiyimizi müəyyənləşdirmək məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edirik. Qeyd etdiyim səfərlərin bəziləri də iqtisadi yönümlü olub. Məsələn, deyə bilərəm ki, elə bir neçə gün öncə ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə burada görüşümüz oldu. Onlar Rəqəmsal İnkişaf və Nəqliyyat, İqtisadiyyat, Energetika və Xarici İşlər nazirliklərində görüşlər keçirdilər və birlikdə iştirak edə biləcəyimiz, qarşılıqlı maraq doğuran layihələr barədə müzakirələr apardılar. Düşünürəm ki, onlar görüşlərin çox uğurlu olduğu təsəvvürü və bir sıra layihə ideyaları ilə geri döndülər. Hazırda həmin məsələlərin detalları üzərində işləyirik. Məqsədimiz ölkələrimizə qarşılıqlı rifah gətirəcək, mümkün olduğu halda TRIPP ilə əlaqəli ideyalar tapmaqdır.

- ABŞ, “ExxonMobil”in Azərbaycanda hasilatın səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təşəbbüslərini necə dəstəkləyir?

- “ExxonMobil” üçün mövcud olan imkanlar bizi də çox həvəsləndirir. Avqustun 8-də keçirilən görüşlər çərçivəsində Prezident İlham Əliyev və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff “ExxonMobil” ilə SOCAR arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanmasına şahidlik etdilər. Memorandumun bir hissəsi olaraq, “ExxonMobil” hazırda Azərbaycanda quruda yerləşən neft və qaz ehtiyatlarının potensial inkişafını qiymətləndirir və bu, həqiqətən çox əhəmiyyətlidir. Bu prosesin necə nəticələnəcəyini səbirsizliklə gözləyirik. Qiymətləndirmə hələ davam edir, lakin “ExxonMobil”in burada quruda aparacağı kəşfiyyat perspektivləri bizi çox ruhlandırır.

Biz “ExxonMobil”in səylərini, eləcə də enerji və qeyri-enerji sektorlarında burada biznes qurmaq istəyən bütün ABŞ şirkətlərini tam şəkildə dəstəkləyirik.

- Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi kontekstində, qeyri-neft sektorlarına Amerika investisiyalarının artırılması istiqamətində hansı addımlar atılır?

- ABŞ hökumətinin iqtisadi əməkdaşlıq alətləri birbaşa yardım xarakteri daşımır. Onlar qarşılıqlı iqtisadi mənfəəti dəstəkləmək məqsədilə özəl sektorun fəaliyyətini stimullaşdırmaq və katalizator rolunu oynamaq üçün nəzərdə tutulub. Bu, bizim yanaşmamızdır. Məhz buna görə də avqustun 8-də əldə olunmuş razılaşmaların iqtisadi komponentlərinin icrasında ABŞ-ın özəl sektoruna və şirkətlərinə böyük dərəcədə arxalanırıq. Strateji tərəfdaşlığımız və əməkdaşlıq memorandumu çərçivəsində müəyyənləşdirilmiş prioritetlərin bir çoxu neft sektorundan kənar sahələrə aiddir.

Biz artıq süni intellekt, nəqliyyat, logistika, rəqəmsal əməkdaşlıq, müdafiə və təhlükəsizlik kimi mövzular barədə danışmışıq. Bunların hamısı enerji sahəsindən kənar istiqamətlərdir. Biz bu sektorlar üzrə də fəaliyyət göstərəcəyik.

Bundan əlavə, burada olduğum yeddi ay ərzində artıq müşahidə etdiyim bəzi digər potensiallı sahələr də var. Məsələn, daşınmaz əmlak, maliyyə, turizm və kənd təsərrüfatını əməkdaşlıq üçün potensiallı sahələr kimi qeyd edə bilərəm. Nəticə etibarilə, ABŞ investorlarının buraya gəlmək istəməsi üçün cəlbedici şəraitin yaradılması əsasən Azərbaycanın öz öhdəliyindədir. Biz isə bunu dəstəkləmək üçün əlimizdən gələni edəcəyik.

- Azərbaycanın “yaşıl enerji keçidi” layihələrində, xüsusilə külək və Günəş enerjisi sahəsində Amerika şirkətlərinin iştirakının genişləndirilməsi planlaşdırılırmı?

- Birləşmiş Ştatlar dünyanın ən güclü və ən innovativ enerji sektoruna malikdir. Yeni Anlaşma Memorandumunun da əsas sütunlarından birini enerji sahəsində əməkdaşlıq təşkil edir.

Bu baxımdan, ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlığın artmasını səbirsizliklə gözləyirik. Bildirmək istərdim ki, əgər ABŞ şirkətlərinin gəlir əldə edə biləcəkləri, yatırım edə biləcəkləri və qabaqcıl texnologiyalarını paylaşa biləcəkləri layihələr mövcuddursa, biz onların iştirakını dəstəkləyəcəyik.

- Orta Dəhliz çərçivəsində ABŞ ilə Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, perspektivlər çox müsbətdir. Daha əvvəl də qeyd etdiyim kimi, investisiyalarımızın bir hissəsini TRIPP ilə əlaqələndirməyə çalışırıq. Bizim fikrimizcə bu, məntiqlidir. Biz uzun illərdir ki, regionda, xüsusilə də enerji sektorunda iqtisadi inteqrasiyanı dəstəkləmişik və dəstəkləyirik.

Ötən ilin sentyabr ayında Azərbaycana gələn biznes nümayəndə heyəti konkret olaraq Orta Dəhliz, eləcə də nəqliyyat və logistika sahələrini müzakirə edib. Bu da ABŞ şirkətlərini məhz həmin sahələr üzrə imkanları görmək üçün buraya gətirməyimizin bir nümunəsidir. Açığı, düşünürəm ki, bundan sonra da özəl sektor nümayəndələrinin buraya gəlişi getdikcə artacaq və biz bu sahədə daha çox imkan müəyyən edə biləcəyik.

- ABŞ Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasını hansı şəkildə dəstəkləyir? Amerika IT şirkətlərinin və vençur investorlarının bu sahəyə cəlb edilməsi nəzərdə tutulurmu? ABŞ-ın süni intellekt sahəsində təcrübəsini nəzərə alaraq, bu istiqamətdə Azərbaycanla hansı əməkdaşlıq layihələrinin həyata keçirilməsi mümkündür?

- Şübhəsiz ki, bu, bizim üçün diqqət mərkəzində olan bir sahədir. Qeyd etdiyim kimi, bu, Anlaşma Memorandumunda xüsusi olaraq yer alan istiqamətlərdən biridir. Buradakı həmsöhbətlərimdən də eşitmişəm ki, Azərbaycan ABŞ şirkətləri ilə işləməyə böyük maraq göstərir.

ABŞ bu sahədə dünyanın ən qabaqcıl texnologiyalarına malik olduğuna görə, biz həmin texnologiyaları buraya gətirmək istəyirik. Biz süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal sahələr üzrə qlobal liderik.

Hətta rəqəmsal inkişaf və nəqliyyat naziri ilə görüşüm zamanı onun Vaşinqtona son səfəri barədə danışdıq. O, təkcə Vaşinqtonda olmayıb, həm də Kaliforniyanı ziyarət etmişdi. Orada əməkdaşlıq perspektivləri ilə bağlı imkanlar isə həqiqətən sonsuzdur.

Əlbəttə, sonda sərmayə yatırmaq barədə qərar ABŞ şirkətlərinin özlərindən asılıdır.

Lakin səfirliyin məqsədlərindən biri də Azərbaycandakı imkanları onlara göstərmək və bu səyləri dəstəkləməkdir. Bir sıra nazirliklərdən, məsələn, burada mövcud olan zəngin enerji resursları, o cümlədən bulud məlumat mərkəzi (cloud data hub) və data mərkəzlərinin yaradılması imkanları barədə eşitmişəm. Məhz buna görə də, qarşıdakı aylarda bu imkanları daha ətraflı şəkildə araşdıracağıq.

- Amerika biznesi Azərbaycan Respublikasında azad edilmiş ərazilərin bərpasında və inkişafında hansı şəkildə iştirak edə bilər?

- Mənim ötən ilin oktyabr ayında diplomatik korpusun bəzi üzvləri ilə birlikdə Füzuli, Cəbrayıl, Zəngilan və bir sıra digər yerlərə səfər etmək imkanım oldu. Orada bərpa və yenidənqurma istiqamətində gördüyüm irəliləyiş məni həqiqətən çox təsirləndirdi. Həmin səfər zamanı hava limanlarını, dəmir yollarında və avtomobil magistrallarında həyata keçirilmiş işlərin miqyasını görmək mümkün oldu.

Biz orada yenidən qurulmuş məscidləri və sıfırdan inşa edilmiş digər infrastrukturları da müşahidə etdik. Bunları şəxsən görmək mənim üçün çox təsirli oldu. Xüsusilə də minatəmizləmə və oradakı digər çətinliklərə baxmayaraq görülmüş böyük işlər diqqətimi çəkdi.

Düşünürəm ki, ABŞ şirkətləri mühəndislik və infrastruktur da daxil olmaqla, bütün sahələr üzrə texniki təcrübəyə malikdir. ABŞ-dan Azərbaycana gələn ziyarətçilərin sayı artdıqca, bu cür investisiyaların burada reallaşması ehtimalı da yüksələcək. Buna görə də məqsədimiz iqtisadi əməkdaşlıq üçün bu imkanları davamlı şəkildə formalaşdırmaq və müəyyənləşdirməkdir.

- Qlobal inflyasiya və bazarlardakı qeyri-sabitlik şəraitində, ABŞ və Azərbaycan arasında hansı maliyyə-iqtisadi əməkdaşlıq formaları daha dayanıqlı və perspektivli hesab olunur?

- Düşünürəm ki, Anlaşma Memorandumu gələcək iqtisadi əməkdaşlıq üçün çox əla bir təməl yaradır. Çünki o, olduqca genişdir və üç sahəni əhatə edir. Lakin əslində mövzuların çox geniş spektrini - bağlantıdan müdafiə və təhlükəsizliyə, eləcə də rəqəmsal inkişaf, süni intellekt və kiber sahələrə qədər hər istiqaməti əhatə edir. Buna görə də hesab edirəm ki, Memorandumda müəyyənləşdirdiyimiz əsaslar gələcək əməkdaşlıq üçün möhkəm bir təməl olacaq.

Sənəddə həmçinin qeyd olunur ki, biz yalnız ikitərəfli deyil, eyni zamanda, iqtisadi və ticarət əməkdaşlığı sahəsində regional səviyyədə də birgə fəaliyyət göstərəcəyik. Düşünürəm ki, bu da əməkdaşlığımız üçün yaxşı bir bazadır. Əməkdaşlığımızın ölkələrimiz üçün faydalı olacağına əminəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı mərkəzin məqsədi Azərbaycanda innovasiya ekosisteminin formalaşmasına töhfə verməkdir

Yalçın Rəfiyev: Siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır

Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb

Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib

Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur

BMT rəsmisi: Sülh insanın Yer üzündə yaşamasının məqsədini anlamağa kömək edir

Hikmət Quliyev: Folklor mədəniyyətlərarası anlaşmanın güclənməsində mühüm rol oynayır

Şahin Mustafayev: Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığı gücləndirməlidir

Azərbaycanın mesajı: suverenlik, milli iradə və ikili standartlara qarşı prinsipial mövqe ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas tərəfdaşları ilə əməkdaşlığında təhsil yeni ölçüyə çevrilməkdədir

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

BDU təhsil krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

Professor: İdeoloji dayanıqlılıq və milli maraqların qorunması dövlət siyasətinin əsas istiqamətləridir

® “Quba Palace Hotel” və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Jordi Xucla: Avropa Şurasının Azərbaycana ehtiyacı Azərbaycanın Şuraya ehtiyacından qat-qat çoxdur

Salyanda ailə üzvlərinə bıçaqla xəsarətlər yetirməkdə və onlardan birini öldürməkdə şübhəli bilinən şəxs tutulub

Rusiya dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub

Vladimir Putin: Təbii qaza qlobal tələbat ildə 5,5 trilyon kubmetrə qədər arta bilər

AQEM rəsmisi : Azərbaycanın sədrliyi dövründə insan amilinə xüsusi diqqət yetirilib

Gəncədə fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib

Belçika atom elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır

Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır

Professor İlham Məmmədzadə süni intellektin fəlsəfi aspektlərə təsirindən danışıb

Dünyəvilik və İslam dəyərlərinin vəhdəti Azərbaycanın qlobal körpü rolunu gücləndirir - ŞƏRH

UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti: Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz

Vəkillər probasiya qeydiyyatında olan daha 18 məhkuma hüquqi yardım göstəriblər

Baş nazir Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək

ADY rayonlararası sərnişin daşınması üçün Çindən daha 4 qatar alır

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Naxçıvanda tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu 42 faizə yaxın artıb

Yılmaz Özkaya: Cədidçilik hərəkatı mədəniyyətlərarası dialoqun tarixi təcrübəsidir

Azad edilmiş ərazilərdə yaradılacaq memorial komplekslərin ən böyüyü Ağdamda olacaq

İstanbulda keçiriləcək beynəlxalq film festivalının açılışı “Aytmatov” filmi ilə olacaq

Coşkun Yılmaz: Texnoloji transformasiya mədəniyyətlərarası dialoq üçün yeni imkanlar və məsuliyyətlər doğurur

Migel Anxel Moratinos Avropada islamofobiyanı “metastaz” ilə müqayisə edib

Astarada 9 ayda 44,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb

Xüsusi nümayəndə: Ağdam Cümə məscidinin bərpası Azərbaycanın mədəni irsə münasibətini nümayiş etdirir

Natia Şamatava: Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət olunub

Emin Hüseynov: Qarabağda dağıntıların miqyasını sözlə ifadə etmək çox çətindir

Fransalı deputat irqçi hücumla bağlı parlament istintaq komissiyasının yaradılmasını təklif edib

Leyla Musayeva: Turizmin inkişafı Xınalığın mədəni irsinin qorunmasına töhfə verir

Uqandada turizmdən əldə olunan gəlirlərin 20 faizi yerli icmalara qaytarılır

İvo Yosipoviç forum iştirakçılarını Qarabağı ziyarət edərək, oradakı inkişafla tanış olmağa çağırıb

Çinin səfiri: Süni intellekt və yeni sosial media sivilizasiyalararası dialoq üçün geniş imkanlar açır

Azərbaycan Vyanada maliyyə böhranlarının idarə olunması üzrə beynəlxalq təlimdə təmsil olunub

İsraildə seçici fəallığı səsvermə müddətinin uzadılmasına səbəb olub

Jurnalistlərin rəqəmsal savadlılığı artırılır

Akademik Forumun ikinci panel iclası: mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası

Enerji saxlama texnologiyaları ilə bağlı Türkiyə və Yunanıstanın təcrübələri Afinada müzakirə edilib

Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir

“Qızıl top”un Azərbaycan təmsilçisi: Harri Keynin seçilməsində ədalətsizlik görmürəm

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib

BMT-nin xüsusi elçisi: Azərbaycanın azad edilmiş ərazilərində gördüyüm dağıntılar tamamilə dəhşətli idi

AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır

Səlim bin Məhəmməd əl-Malik: ICESCO Qarabağdakı vəziyyətlə bağlı iki hesabat hazırlayıb

BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir

Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

Dövlət Turizm Agentliyinin sədri: Turizm hər kəs üçün bərabər imkanlar yaratmalıdır

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi

Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq VİDEO

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq VİDEO

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır

Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır VİDEO

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır VİDEO

Danimarkanın Baş naziri Norveç və Finlandiyanın Putinlə danışıqlarını tənqid edib

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır VİDEO

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır VİDEO

Fuad Nağıyev: Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə xidmət edir

Çin Avropa İttifaqını bazar iqtisadiyyatına hörmət etməyə çağırıb

Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb

Dosent: Bakı beynəlxalq dialoq və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Arsen Venger Bakıda məşqçilər üçün master-klas keçib

İranın Ali Lideri müharibəyə son qoymaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsini təmin etməyə çağırıb

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır VİDEO

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır VİDEO

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir VİDEO

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

Türkiyə xarici işlər nazirinin müavini Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - ADPU-da konfrans

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib

Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

Turizm, bərabərlik və sülh: VII Dialoq Forumunda panel sessiya

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO