Əlcəzairdə meşə yanğınları nəticəsində beş nəfər həlak olub
Qahirə, 10 avqust, AZƏRTAC
Əlcəzairin Tizi-Uzu vilayətində meşə yanğınları davam edir.
AZƏRTAC xəbər verir ki, rəsmi APS agentliyi yanğınlar nəticəsində 5 nəfərin həlak olması barədə məlumat yayıb.
Vilayətin qubernatoru Məhəmməd Yusif jurnalistlərə müsahibəsində bildirib ki, meşə yanğınları təbii fəlakət deyil, təxribatın nəticəsidir. Havanın həddindən çox isti olması və güclü külək yanğının lokallaşdırılması üçün maneə törədir.
Qubernator deyib ki, vilayətin hüquq-mühafizə orqanları yanğınları törədən şəxslərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Əlcəzair Mülki Müdafiə Departamentinin məlumatına görə, Tizi-Uzu vilayəti ilə yanaşı, ölkənin daha 14 bölgəsində 31 meşə yanğını qeydə alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]