“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb
Bakı, 3 iyul, AZƏRTAC
Bu ilin iyun ayında “Bakı metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən sağlamlıq imkanları məhdud 82 sərnişin istifadə edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin iyunundan 12,3 faiz çox sərnişin (9 sərnişin) deməkdir. Ümumilikdə, 2024-cü ilin birinci yarım ili üzrə metropolitendə 594 nəfər bu xidmətə müraciət edib. Onlardan 9-u daha sonra sifarişindən imtina edib və 585 sərnişin daşınıb. Bu isə 2023-cü ilin ilk yarısına nisbətən (422 sərnişin) 38,6 faiz daha çox sərnişin deməkdir.
Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş bu xidmətdən əlil və uşaq arabaları, qoltuqaltı ağac və əsa ilə hərəkət edənlər, yaşlı və ahıllar, bir sözlə, metropolitendən istifadə imkanları bu və digər qaydada məhdud sərnişinlər müraciət edirlər. Sifariş ən azı 1 saat əvvəlcədən olmaqla, mobil əlavə, (+994 50) 268 00 65 mobil rabitə xidmətinə zəng və ya ismarıc vasitəsilə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]