ƏLİYEVLƏRİ XEYİRXAH İŞLƏRİNƏ GÖRƏ UKRAYNADA YAXŞI TANIYIRLAR
Şəkillə birlikdə verilən “Əliyevlər Ukraynda əbədiləşdirildi” sərlövhəli digər məqalədə deyilir: “Abidənin qəhrəmanı Heydər Əliyev 1986-cı ildə Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görülməsi haqqında qərar qəbul olunmasını Sov.İKP MK Siyasi Bürosunun üzvləri arasında birinci tələb etmiş, Kiyev Milli Filarmoniyasının bərpasına lazımi maliyyə vəsaiti tapmış insan və uşaq yeməkləri fabriki tikilməsinin təşəbbüskarı kimi Ukraynada yaxşı tanınır. “Obolon” zavodu və hətta Kiyev metropoliteninin bir hissəsi onun sayəsində tikilmişdir”. Məqalə bu sözlərlə bitir: “Azərbaycan Prezidenti (İlham Əliyev – red.) elə həmin gün İrpen şəhərində də oldu. Burada Zərifə Əziz qızı Əliyevanın abidəsi açıldı”.