Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Moskvada keçirilən Rusiya Elmlər Akademiyası (REA) S.Vavilov adına Elm və Texnika Tarixi İnstitutunun 25 illik yubileyinə həsr olunan elmi konfransda iştirak edib.
ETİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda məruzə ilə çıxış edən M.Seyidbəyli qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə misilsiz töhfəsi olan görkəmli Azərbaycan alimi Lütfi Zadənin zəngin elmi irsi barədə ətraflı məlumat verib.
M.Seyidbəyli, həmçinin REA-nın Elm və Texnika Tarixi İnstitutu tərəfindən təşkil olunan “Mühəndis texnologiyaları və informatika EnT 2018” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Səfər çərçivəsində ETİ-nin direktoru REA-nın Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor Dmitriy Şerbinin, Çin Xalq Respublikası Elmlər Akademiyasının Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor Baiçun Çanq, rusiyalı professor U.Baturin və Ukraynadan olan görkəmli alimlərlə görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]