ELM VƏ TƏHSİL
Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb
![](/files/galleryphoto/2024/2/1200x630/17199953485930558604_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719995348395594667_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199953484825247296_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199953483518049035_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199953481797042507_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199953483624114519_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719995348626508434_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199953483521740915_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbdə təhsil alan 20 tələbə Pekində Çin Neft Universitetinin yay məktəbində iştirak edir. Tələbələrin xərcləri sözügedən universitet tərəfindən ödənilir.
Ötən il Çindən 20 tələbə BANM-in yay məktəbində iştirak edib. Bundan başqa, 2024/2025-ci tədris ilində neft-qaz mühəndisliyi ixtisasından 6 tələbə Çexiyanın Ostrava Texniki Universiteti, eləcə də 1 tələbə Polşanın AGH Elm və Texnologiya Universitetində təhsilini davam etdirir. Habelə kimya mühəndisliyi ixtisasının 4 tələbəsi Türkiyənin İstanbul Texniki Universitetində və neft və qaz texnologiyaları ixtisasının magistratura üzrə 2 tələbəsi Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə edib.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.