ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Varşava Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Varşava Universitetinin rektoru xanım Katarjina Çalanska-Masukov imzalamışlar.
Abel Məhərrəmov tədbirdə iştirak edən BDU-nun müəllim-professor heyətinə, tələbələrə 1816-cı ildən fəaliyyət göstərən Varşava Universiteti barədə məlumat vermişdir. Rektor keçən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi və mədəni əlaqələri diqqətə çatdırmış, bu əlaqələrin Prezident İlham Əliyevin 2005-ci ilin mart ayında Polşaya rəsmi səfərindən sonra daha da genişləndiyini bildirmiş, imzalanan sənədin hər iki ali təhsil ocağı üçün əhəmiyyətli olacağını vurğulamışdır.
Varşava Universitetinin rektoru xanım Katarjina Çalanska-Masukov başçılıq etdiyi nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirmiş, Azərbaycana səfərdən aldıqları xoş təəssüratları diqqətə çatdırmışdır. Müqavilənin ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağı vurğulanmışdır.
Tədbirdə qonaqlara hədiyyələr təqdim edilmişdir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]