“ƏN YAXŞI QISAMETRAJLI BƏDİİ FİLM LAYİHƏLƏRİ” MÖVZUSUNDA MÜSABİQƏ KEÇİRİLİR
Müsabiqədə film istehsalı ilə məşğul olan bütün dövlət və müstəqil studiyalar, prodüser mərkəzləri iştirak edə bilərlər. Təqdim edilən layihəyə aid sənədlər 2006-cı il iyulun 15-dək iki bağlı zərfdə Mədəniyyət və Turizm Nazirliyinə göndərilməlidir: AZ 1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə.
Devizlə təqdim edilən birinci zərfin içindəkilər:
Rəqəmli daşıyıcıda çəkilməsi nəzərdə tutulan 20-30 dəqiqəlik bədii filmin ədəbi ssenarisi.
Loqlayn-ssenarinin mahiyyətini ifadə edən bir cümlə.
Rejissorun (adı göstərilmədən) şərhi - 0,5-1 səhifə.
Prodüserin (adı göstərilmədən) şərhi - 0,5-1 səhifə.
Layihə haqqında ümumi məlumat: janrı, uzunluğu, çəkilişlərin vaxtı (yay, qış...), istehsal müddəti, çəkiliş məkanları (natura, pavilon...).
Xərclərin təxmini limiti.
Eyni devizlə təqdim olunan ikinci zərfə aşağıdakı sənədlər daxil edilmədir:
Müsabiqə iştirakçısı olan şirkətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti.
Poçt və bank rekvizitləri haqqında məlumat.
Rejissor, prodüser, ssenari müəllifi haqqında məlumat və əlaqə telefonları.
Münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcək ən yaxşı layihə avqust-sentyabr aylarında həmin layihələri təqdim etmiş şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaqdır.
Qaliblərin adları avqustun 2-də açıqlanacaqdır.