ƏRƏB DÖVLƏTLƏRİ İRAQIN TARİX ABİDƏLƏRİNİ QORUMAĞA ÇAĞIRIRLAR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərdə deyilir ki, Qahirədə Ərəb Dövlətləri Birliyinin (ƏDB) üzvü olan ölkələrin informasiya və mədəniyyət nazirlərinin iclası keçirilmişdir. Onlar beynəlxalq birliyi İraqdakı mədəni irsin qorunması üçün əməkdaşlığı möhkəmlətməyə və birgə səylər göstərməyə çağırmışlar. İclasın iştirakçıları İraqın tarix abidələrinin qorunmasında ƏDB-nin iştirakı haqqında bu təşkilatın baş katibi Əmr Musanın təqdim etdiyi məruzəni nəzərdən keçirmiş, İraqın mədəni sərvətlərinin dünya sivilizasiyası üçün böyük əhəmiyyət daşıdığını və onların etibarlı şəkildə mühafizə olunması üçün müvafiq tədbirlər görülməsinin zəruriliyini yekdilliklə vurğulamışlar. Məsələ burasındadır ki, aprelin axırlarında Amerika-Britaniya koalisiyası Bağdadı aldıqdan sonra yaranmış nəzarətsizlik şəraitində kriminal ünsürlər İraq Milli muzeyində və digər mədəniyyət idarələrində saxlanılan bütün bahalı və nadir eksponatları oğurlayaraq, satmaq üçün beynəlxalq cinayətkar qruplar vasitəsilə xaricə daşımışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]