ƏRƏBİSTAN DƏVƏSİ ƏLA QƏRB AVTOMOBİLİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində dəvənin qiyməti mütləq rekord göstəriciyə çatmışdır.
Ərəbistan köçəriləri dəvənin gözəlliyinin qusursuz olduğunu iddia edirlər. Orta əsrlərdə ərəblər dəvəni vəsf etməyən tək-tük şairlərin bu hərəkətindən təəccübləndiklərini bildirirdilər.
Abu-Dabi əmirliyinin Qərb rayonundakı Zaid şəhərində bu həftə başa çatmış dəvə gözəlliyi festivalında “məcahim” (qara) cinsli dişi dəvəyə on milyon dirhəm (2,7 milyon dollardan çox) qiymət qoyulmuşdur.
Dəvəni öz ağlı üçün Dubay Əmirliyinin vəliəhdi şeyx Həmdan ben Mühəmməd Əl Maktum almışdır.
“Məcahim” cinsli dəvələr əslində qara deyillər. Həmin dəvələr çox qəşəng tünd qəhvəyi rənglidir. Onlar bənzərsiz qaməti, məğrur duruşu, boynunun, belinin gözəlliyi, ön qıclarını yüngül atması, arxa qıclarının güclü olması ilə fərqlənirlər. Ənənəvi dəvə qaçışlarında bu heyvanlardan istifadə edilmir, onları yun, süd və ət əldə etmək üçün bəsləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]