Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər tərəfindən adı dəyişdirilən Üç gənc Monastırının müəmmalı tarixi

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində olan və "Üç körpə monastrı" adı altında erməni təbliğat maşını tərəfindən təqdim olunan abidənin adı əslində “Üç gənc Monastrı”dır. "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır. Beləki, “Üç körpə” adının monastra verilməsinin hansı zərurətdən yarandığı izah edilmir və ya edilə bilmir. Məhz bu baxımdan bu ad növbəti erməni cəfəng yalanından başqa bir şey deyildir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, erməni mənbələrində bu abidənin Həsən Cəlalın ailəsi tərəfindən 1691-ci ildə inşa edildiyi iddia edilir və sübut kimi qapının üzərindəki daş kitabə misal göstərilir. Lakin erməni mənbələrində 2010-cu ildə abidəyə ermənilər tərəfindən qeyri-qanuni müdaxilə edildiyi barədə məlumatın olması və binanın üzərindəki daş kitabənin mövcud forması, kitabənin dəyişdirildiyini təsdiq edir. Daha bir reallıq ondan ibarətdir ki, 1261-ci ildə Həsən Cəlal monqollar tərəfindən həbs olunur və ağır işgəncələrdən sonra öldürülür. Onun ölümündən təqribən 400 il sonra, ailəsi tərəfindən monastır tikdirmələri iddiası heç də inandırıcı görünmür.

Əsas həqiqət ondan ibarətdir ki, Üç gənc Monastırı Qarabağda memarlıq quruluşu Gəncəsər monastırı ilə eynilik təşkil edən yeganə abidədir. Bunun səbəbi Üç gənc Monastırının XIII əsrdə, Xaçen knyazlığının yüksəliş dövründə, Ağdərə rayonunda Suarası qalasının yaxınlığında, Gəncəsər monastırının patriarxal taxtının himayədarı və Xaçen hökmdarı Həsən-Cəlalın göstərişi ilə inşa edilməsidir. Bu baxımdan Üç gənc Monastırının Gəncəsər Monastırına oxşarlığı təbii qarşılanır. Belə ki, Gəncəsər Monastırının əsas kilsə binasının inşasına 1216-cı ildə Həsən Cəlalın sifarişi ilə başlanılıb, tikinti işləri isə 1238-ci ildə tamamlanıb. Bu barədə kilsənin interyerində yerləşən inşa kitabəsində ətraflı məlumat verilir.

F.İsmayılov nəzərə çatdırıb ki, Gəncəsər Monastırının tərkib hissəsi kimi inşa edilən Üç gənc Monastırı tikildiyi gündən etibarən Qarabağın məşhur qədim əlyazma mərkəzlərindən biri kimi tanınan Gəncəsər Monastırının tabeliyində fəaliyyət göstərib. Beləliklə, bu regionda yerləşən Xudavəng, Ürəkvəng, Gəncəsər, Ktişvəng və Kolyataq kimi Qafqaz Albaniyası monastırları sırasına Üç gənc Monastırı da əlavə olunub. Monastırın tikintisi ilə bağlı azsaylı mənbələrdən birində onun adının mənşəyi haqqında qeyd olunur ki, Həsən Cəlalın göstərişi ilə Gəncəsər Monastırından inşaat işlərinə nəzarət etmək üçün buraya göndərilən üç gənc rahibin şərəfinə bu məbədə “Üç gənc Monastırı” adı verilib. Gənc rahiblər monastırın inşası başa çatdıqdan sonra ömürlərinin sonunadək burada yaşayıb. Vəfat etdikdən sonra isə hər üçü monastırın daxilində dəfn edilib.

Tarixçi nəzərə çatdırıb ki, Üç gənc Monastırı Tərtər rayonunun Suqovuşan kəndinin qərbində yerləşən dağlıq ərazidə, Təpəkənd kəndindən 10 kilometr Cənub-Qərbdə və Ağdərə rayonundakı Suqalası abidəsindən təxminən 7 kilometr məsafədə, meşəlik sahədə yerləşir. Monastırın adı, qeyd edildiyi kimi, onun inşasına nəzarət edən üç gənc din xadiminin adı ilə bağlıdır. Bu abidə Qarabağ regionunda orta əsrlərin son dövründə inşa edilmiş monastırların ən görkəmli nümunələrindən biridir. Bina düzbucaqlı plan üzrə yonulmuş və cilalanmış sarı-ağ rəngli yerli bazalt daşlardan tikilib. Monastır kompleksinin mühafizə divarlarının ətrafında qədim qəbiristanlıq yerləşir.

O diqqətə çatdırıb ki, 2010-cu ildə Ermənistan işğalı dövründə “bərpa” adı altında abidəyə qeyri-qanuni müdaxilə həyata keçirilib. Bu müdaxilə zamanı günbəz hissəsinin daxili interyeri kobud şəkildə dəyişdirilib, giriş qapısının sağ tərəf divarına üzərində xaç təsviri olan daş lövhə yerləşdirilib, giriş qapısının üzərindəki daş kitabə isə yenisi ilə əvəz olunub. Sözügedən qanunsuz dəyişikliklərdən sonra ərazi “bərpaçılar” tərəfindən tərk edilib. Üç gənc Monastır kompleksi Kilsədən, Narteksdən (Narteks, erkən xristian və Bizans bazilikalarında və kilsələrində müntəzəm olaraq rast gəlinən, adətən binanın qərbində yerləşən giriş hissəsi kimi təsvir edilir), digər bitişik binalardan, hasar və qəbiristanlıqdan ibarətdir. Monastır kompleksinin kilsəsi salonunun mərkəzində yerləşən iki dayaq sütunlu, yarımdairəvi apsisli və üç dəhlizli bazilikadır. Mərkəzi nef yan dəhlizlərdən xeyli geniş və hündürdür. Bina tağlı tavan və günbəzli örtükdən ibarətdir. Kilsənin daxili interyerində Oğuz memarlıq elementlərinin yer alması Həsən Cəlalın adı ilə bağlıdır. Məhz bu səbəbdən ermənilər sonradan kilsənin günbəzindəki səkkizguşəli ulduz formasını sıradan çıxararaq ona oval forma veriblər.

Dövrün mənbələrində Həsən Cəlal “knyazlar knyazı” kimi təqdim edilsə də, o, özü “işxan” titulunu daşıdığını göstərir. Erkən türk dövlətlərində bu titul hökmdarlara məxsus olmuş və “işıq xan” söz birləşməsindən yaranıb. Eyni zamanda, erkən türk dövlətlərində dövlət başçısı dini ayinlərin icraçısı funksiyasını da yerinə yetirirdi. Bu baxımdan, Həsən Cəlalın sifarişi ilə inşa edilən kilsələrdə türk memarlıq elementlərinin üstünlük təşkil etməsi onun soy-kökünə və mənşəyinə sadiqliyinin bariz nümunəsidir.

“Kilsənin günbəzi səkkiz möhtəşəm kvadrat üzərində ucalır və ətrafı eninə sütunlar və tağlarla əhatə olunub. Kilsənin daxili hissəsi valehedicidir; geniş salonun əzəməti və mükəmməl sakitliyi uca sütunlar, maili tağlar və böyük pəncərələrdən axan sirli günəş işığı şüaları ilə daha da artır. Monastır kompleksi kobud yonulmuş pud daşlar və əhəng məhlulu ilə inşa edilib. Yeganə giriş qapısı qərb fasadında yerləşir. Kilsənin qarşısında narteks qalıqlarının olması, şimal və şərq fasadlarının yaxınlığında kurqanların yerləşməsi bu abidənin erməni mədəniyyətinə aid olmadığını sübut edən təkzibolunmaz dəlillərdir. Monastır kompleksinin ətrafı böyük daşlardan tikilmiş hasarla əhatə olunsa da, mühafizə divarları uçub dağılıb və yalnız izləri qalıb. Monastıra aid qəbiristanlıq hasarın xaricində yerləşir. Monastır kompleksindən yüz metr aralıda, meşənin içərisində inanılmaz dərəcədə soyuq suyu olan bir bulağın mövcudluğu əraziyə xüsusi gözəllik qatır”, - deyə F.İsmayılov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib