ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 2-də saat 17.35-dən 20.20-dək Ermənistanın Noyemberyan və Berd rayonlarının ərazilərindəki mövqelərindən Milli Ordumuzun Qazax və Tovuz rayonları sahəsində yerləşən mövqelərini, saat 22.55-dən 23.55-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərindən, mayın 3-də saat 2.50-dən 3.05-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 4.50-dən 5.00-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.