Əsrarəngiz notlar, unudulmaz bəstələr
Bakı, 15 sentyabr, AZƏRTAC
18 Sentyabr- Milli Musiqi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Əsrarəngiz notlar, unudulmaz bəstələr” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri açıq elan edən muzeyin icraçı direktoru Günay Əliyeva L.Rostropoviç və Ü.Hacıbəylinin yaxın dostluq və yaradıcılıq əlaqələrindən danışıb.
Muzeyin səhnəsində ilk dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistlərinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”, “Gülçöhrənin ariyası” və “Əsgərin və Gülçöhrənin dueti”i səsləndirilib. Sonra tədbir respublika və beynəlxalq müsabiqələr laureatları olan bir neçə ifaçı tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.
Daha sonra qonaqlar muzeyin zəngin fondunda saxlanılan fotoşəkillərdən ibarət videoçarxa baxıblar.