Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevdən
Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Estoniyadakı Azərbaycan icması adından ürəkdən təbrik edir, ölkəmizin müstəqilliyinin qorunması, diasporun dövlətçilik ideyası ətrafında sıx birləşməsi sahəsində gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyirik.
Sizin diaspor quruculuğuna göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Estoniyadakı azərbaycanlıların tarixi Vətənlə əlaqələri daha da möhkəmlənmiş, yaşadığımız ölkənin ictimai-siyasi həyatında nüfuzu artmışdır.
İndi Azərbaycan icmasının fəalları Estoniya Respublikası parlamentinin, bələdiyyə qurumlarının üzvüdür. Dünya və Avropa yarışlarının qalibi olan idmançılarımız, tanınmış mədəniyyət xadimlərimiz və ümumən bütün həmyerlilərimiz eston cəmiyyətində yüksək hörmətə malikdirlər.
Cənab Prezident, bütün bu uğurlarımıza görə Sizin müdrik daxili və xarici siyasətinizə borcluyuq. Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirik.
Ən xoş arzularla,
Niyazi Hacıyev
Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri