Estoniya hökuməti Hollivud rejissorunun filminə 5 milyon avro ayırıb
Tallinn, 21 iyun, AZƏRTAC
Estoniya hökuməti Hollivud rejissoru Kristofer Nolanın filminə 5 milyon avro ayırıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi filmin Estoniya turizmi üçün yararlı olacağını bildirib. Filmin çəkilişlərinə Estoniyada iyunun əvvəlində başlanılıb, premyerası isə 2020-ci il iyulun 17-də olacaq.
Qeyd edək ki, “Oskar” mükafatlı rejissor Kristofer Nolan beynəlxalq casuslar barədə Estoniyada çəkdiyi film üçün Hollivudun ən yaxşı aktyorlarını seçib. Tamaşaçılara “Alaqaranlıq” filmindən yaxşı tanış olan Robert Patinson artıq Tallinə gəlib.
“Film Estonia” təşkilatının hesablamalarına görə, hökumətin ayırdığı maliyyə vəsaiti ölkəyə beşqat həcmdə geri qayıdacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]