Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident, Əziz dost,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimizin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə və ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2011-ci il.