“Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunmuş iclas keçiriləcəkdir
Bakı, 13 dekabr (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində dekabrın 14-də Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunmuş iclas keçiriləcəkdir.
Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilmişdir ki, Avropa Yayımları Birliyinin nümayəndələrinin iştirakı ilə keçiriləcək toplantıda “Eurovision-2012” mahnı müsabiqəsində təmsil olunacaq nümayəndə heyətlərinin, şounun keçiriləcəyi məkanın təhlükəsizliyinin təşkili məsələləri, digər toplantıda isə müsabiqə dövründə media ilə münasibətlər və ictimaiyyətlə əlaqələr müzakirə olunacaqdır.
Bildirilmişdir ki, bir gün davam edəcək iclaslarda Avropa Yayımları Birliyini Eurovision mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand, “Eurovision” TV-nin direktoru Jorqan Frank, Eurovision mahnı müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub
- 27.05.2026 [13:39]
Azərbaycanın turizm potensialı Çində tanıdılır
- 27.05.2026 [09:49]
Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub
- 26.05.2026 [23:41]
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]