MƏDƏNİYYƏT
“Eurovision-2013” mahnı müsabiqəsinin final şousu İsveç televiziyasının ən yüksək mükafatı üçün təqdim olunmuşdur
Bakı, 17 avqust (AZƏRTAC). Bu ilin mayında İsveçin Malmö şəhərində keçirilmiş “Eurovision-2013” mahnı müsabiqəsinin final şousu ölkə televiziyasının “Kristallen” mükafatının “Ən yaxşı əyləncəli proqram” nominasiyasına təqdim olunmuşdur.
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AZƏRTAC-a bildirmişlər ki, bu mükafat Böyük Britaniyanın BAFTA (Kino və Televiziya Sənəti Akademiyası) mükafatı kimi ən yaxşı televiziya məhsullarına müxtəlif kateqoriyalar üzrə verilir.
“Eurovision-2013” yarışmasının final şousundan əlavə, İsveçin daha dörd proqramı müvafiq kateqoriya üzrə mükafat uğrunda mübarizə aparır.
“Kristallen” mükafatı avqustun 30-da təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [20:54]
Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 27.06.2024 [18:12]
Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq
- 27.06.2024 [15:45]
“Azərbaycançılıq məfkurəsi” kitabı işıq üzü görüb
- 27.06.2024 [15:42]
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 27.06.2024 [14:15]
Fərat çayı boyunca Şərqi Anadolu - REPORTAJ
- 27.06.2024 [12:00]