Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərat çayı boyunca Şərqi Anadolu - REPORTAJ

Şərqi Anadolu, 27 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Hər il Türkiyəyə dünyanın müxtəlif yerlərindən milyonlarla turist gəlir. Ölkə qonaqpərvərliyi, turistlərə yüksək səviyyədə xidməti ilə fərqlənir.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə Antalya, Dalaman, Uludağ, Rize, Konya, Mardin, Pamukqala, Nemrut dağı, Kapadokiya, Efes, Berqama, Diyarbəkir, Sinop, Afrodisyas və s. gözəl məkanları ilə diqqət çəkir. Doğrudan da atalar düz deyir: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Görmək üçün isə yol və istiqamət götürüb getmək lazım gəlir. Təbii ki, məqsədindən və mahiyyətindən asılı olaraq, istiqamət götürdüyün yol ya tez, ya gec, mütləq günlərin birində səni mənzil başına çatdırır.

Yol və istiqamət götürdüyümüz Şərqi Anadolu bizi Bingöl, Tunceli və Elazığ bölgələrinin füsunkarlığı və özünəməxsusluğu ilə valeh edir. Adət-ənənələri, yaşam tərzi, təbiəti ilə müəyyən qədər fərqlilik nümayiş etdirən bu bölgə tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

Bingöl -Üzən adaların sirri

Qardaş Türkiyənin Şərqi Anadolu bölgəsi tarixi və mədəniyyəti ilə diqqət çəkir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə bu bölgəyə baş tutan səfərimizdə Bingöl, Tunceli və Elazığ vilayətlərində olduq. Bizimlə səfərdə Gürcüstandan olan bir qrup jurnalist də iştirak edirdi. Qardaş ölkənin bənzərsiz təbiəti hamını valeh etmişdi.

Beynəlxalq dərəcəli bələdçimiz Mustafa Yalçın Yalçınkaya TGA-nın əsas fəaliyyətinin ölkənin turizm imkanlarını dünyaya tanıtmaqla məşğul olduğunu deyir. İdman, mədəniyyət və digər sahələrlə bağlı layihələr reallaşdıran Agentliyin turizm və mədəniyyəti bir arada tutmaqda qərarlı olduğunu qeyd edir. Onun sözlərinə görə, “Go Türkiye” proqramı çərçivəsində budəfəki layihə Firat çayı boyu ərazilərlə bağlı maarifləndirmədir. Bölgənin turizm potensialından danışan bələdçimiz buranın öz dəyərlərinə, mədəniyyətinə sadiq olduğunu vurğulayır.

Səyahətimizə başladığımız ilk məkan əvvəlki adı Çapaqçur olan Bingöldür. Bu vilayət əvvəlcə Qaraqoyunluların, sonra Ağqoyunluların tabeliyində olub. Bu ərazilər Qaraqoyunlular və Teymurilər arasındakı Çapaqçur döyüşünə (1387-ci il), Ağqoyunlularla Qaraqoyunlular arasındakı Sancaq döyüşünə (1467-ci il) şahidlik edib. Çapaqçurun Urartuların sərhədləri içərisində olduğu da məlumdur. Tarixi Urartu yolu da məhz Bingöl şəhərindən keçir. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı olan, 1950-ci ildən etibarən Bingöl adlandırılan bu vilayət xüsusilə Üzən adaları və xizək turizmi ilə məşhurdur.

Bingölə gəlib Üzən adaları (Yüzen Adalar) görməmək günah olardı. Elə turistləri də ən çox cəlb edən məhz bu sirli məkandır. Bingöl-Solhan yolundan 4,5 kilometr aralıda yerləşən bu adalarla bağlı müəyyən fərziyyələr söylənilsə də, sirri tam açılmayıb.

Qeyd edək ki, Türkiyədə 22 üzən adacıq var ki, onlardan ən böyük 3-ü məhz Bingölün payına düşür. Bingöl aeroportundan bura gəlmək üçün 3 saata yaxın vaxt qət etdik. Son dərəcə maraqlı yerdir. Haradasa 7-8 nəfərlə adalardan birinin üzərinə çıxdıq. Müəyyən halda batmaq qorxusu da vardı. Maraqlı məqamlardan biri də digər adacıqlara keçmək üçün uzun çubuqlardan istifadə olunmasıdır. Həmin çubuqla adacıqları bir-birinə yaxınlaşdırıb, yan tərəfə keçmək və üzən adanı bütünlüklə seyr etmək mümkündür. Buradan çıxıb Bingölün mərkəzinə doğru irəliləyirik. Vilayətin insanları çox istiqanlı və qonaqpərvərdirlər.

Bingöl həm də Türkiyədə arıçılığın inkişaf etdiyi mühüm vilayətlərdən biridir.

Yeri gəlmişkən onu da qeyd edək ki, bölgənin daha yaxşı inkişafı üçün 2013-cü ildən fəaliyyət göstərən Bingöl hava limanından İstanbula, Ankaraya və əksinə birbaşa uçuşlar həyata keçirilir.

Tunceli, Munzur vadisi və milli parkı

Türkiyənin Tunceli vilayəti də Şərqi Anadolu bölgəsində yerləşir. Tunceli şəhəri isə Munzur axınının sahilindədir. Tunceli 1935-ci ilə kimi Dersim adlanıb və yerli əhalinin əksəriyyəti vilayəti məhz bu adla tanıyır. Bura Munzur vadisi ilə də məşhurdur. 42 hektar ərazisi olan bu vadi 1972-ci ildə milli park elan edilib. Türkiyənin ən böyük milli parklarındandır.

Zəngin təbiəti ilə insanı valeh edən bu ərazidə 1500 bitki növü mövcuddur. Bundan 50-ə yaxını endemik bitkilərdir.

Bələdçimiz Mustafa Yalçın Yalçınkaya AZƏRTAC-a müsahibəsində Tuncelinin iqliminin sərt kontinental olduğunu bildirir. Onun sözlərinə görə, dağların əhatəsində yerləşdiyinə görə bura qışda çox soyuq və qarlı, yayda isə çox isti olur. Temperatur bəzən 35-40 dərəcəyə qalxır. Tunceli meşələrində qonur ayı, canavar, maral, cüyür, dağ keçisi, su samuruna rast gəlmək mümkündür. Burada Munzur dağları, Alıcı Baba dağı, Sülbüs dağı, Bağır dağı və s. dağlar vardır. Yol boyu yaşıllıq, ağaclar göz oxşayır.

Yolda dayanıb fasilə verməli oluruq və dayandığımız məkan Teşnik kəndidir. Kənd gözəl mənzərəsi ilə diqqət çəkir.

Tuncelidə ziyarət etdiyimiz son məkan XVI əsrdə inşa edilən Çələbi Ağa Camisi oldu. Bələdçimiz caminin yerinin dəyişdirildiyini bildirir. Onun sözlərinə görə, buna səbəb caminin yerini su basması olub.

Elazığ, iki məşhur sərkərdənin həbsdə saxlanıldığı Harput qalası

Camini tərk etdikdən sonra Elazığa doğru yol alırıq. Yol boyunca ləcivərd Fərat çayı, sonra Pertek qalasını görürük. Mindiyimiz avtobus da, özümüz də bərə ilə çayın o biri üzünə keçirik. Yol boyunca xeyli sayda ada görmək mümkündür.

Çayı keçdikdən sonra yol bizi Elazığın simvolu olan Harput qalasına götürür. Elə Elazığın əvvəlki adı da məhz Harput olub. Tarixilik, mədəniyyət insanı valeh edir.

1862-ci ildən Elazığ Mamurətül-əziz vilayəti adlandırılan bu torpaqlar 1937-ci ildən Elazığ adlanır. Elazığdan Xəzərbaba dağları görünür. Harput qalası Elazığın zirvəsidir. Elazığa gedib Harputu görməmək mümkün deyil. Buradan Elazığı seyr edəndə minillik tarixdən bugünkü dünyaya baxdığını hiss edirsən.

Tarixi yerlər həmişə diqqətimi çəkib. Çünki antik yerlər bizim keçmişimizdən yadigardır. Tarixə “Süd qalası” kimi də düşmüş Harput qalası dağın başında inşa edilib və dağın dərinliyinə qədər uzanır. Urartu dövründə tikildiyi deyilən qalanın dağın dərinliyində yerləşən zindana enmək üçün istifadə olunan 115 pilləkən indiyədək olduğu kimi qorunub saxlanılıb. Təxminən, 4 min il öncə tikilən tunellərə, enişli-yoxuşlu pilləkənlərə sonradan heç bir müdaxilə olmayıb. Pilləkənlərlə Qüds kralı II Baudouin və Urfa qrafı Joselin həbsdə saxlandığı zindana enirik. Adam özünü bir az qəribə hiss edir, insanların burada niyə və hansı səbəbdən dünya işığından məhrum edilməsi barədə fikrə dalırsan. Çox, güman ki, səbəbsiz deyil...Lap aşağıda 3 adamlıq ayrı-ayrı hücrəni görürük.

İç qala və xarici divarlar olmaqla iki hissədən ibarət olan Harput qalası qədim mədəniyyətlərin bir-birinə qarışdığı tarixi antik məkandır. Qədim Harput mədəniyyətini əks etdirən evə çatanda mədəniyyət və tarix bizi elə birinci qapıdan qarşılayır. Muzey kimi fəaliyyət göstərən evin qeyri-adi qapısı unikallığı ilə seçilir.

Qədim evin həyətindən aydın eşidilən azan səsi bizi tarixi Harput “Ulu Cami”sinə səsləyir. Məscidin minarəsi əyridir və bizdə ilk olaraq belə təəssürat yaranır ki, onun kifayət qədər yaşı olduğu üçün minarədə bu cür vəziyyət yaranıb. Lakin bələdçimiz bildirir ki, məscidi inşa edən memar şəhərə gələn qonaqların diqqətini çəkmək üçün onun minarəsini bilərəkdən əyri tikib. Həqiqətən də bu mənzərəni görəndə həmin memarın öz məqsədinə çatdığına əmin olursan. Məscidə daxil olub, dualarımızı edirik.

Harput qalası, Ulu Cami məscidindən sonra Şefik Gül kitab evi bizi bir başqa aləmə aparır. Elazığ mədəniyyətinə çox bağlı olan inşaatçı Şefik Gül rəhmətə gedəndən sonra ailəsi xatirəsinə ehtiram əlaməti olaraq evini etnoqrafik muzey edib.

Şərqi Anadoluda son dayanacağımız Kürk kəndindəki əfsanəvi Eski bağlar oldu.

Hər yolun bir sonu olur. Üç gün davam edən səfərimiz burada başa çatır. Qrupumuz Türkiyənin Şərqi Anadolu bölgəsindən xoş təəssüratlarla ayrılır. Gəlib, görməyə dəyər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib