MƏDƏNİYYƏT
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında pərəstişkarların fikirlərinə xüsusi yer ayrılmışdır
Bakı, 15 avqust (AZƏRTAC). “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında pərəstişkarların fikirlərinə xüsusi yer ayrılmışdır.
AZƏRTAC xəbər verir ki, yarışmanın rəsmi saytında “Bizə danış görək, “Eurovision” sənin üçün nə deməkdir?” yazısı yer almışdır. Burada pərəstişkarlar öz fikirlərini bilavasitə sayt vasitəsilə bölüşə bilərlər.
Artıq mahnı müsabiqəsinin saytında çoxsaylı pərəstişkarların yazıları yer almaqdadır. Onların içərisində yarışmanı canlı olaraq ilk dəfə 2012-ci ilin may ayında Bakıda izlədiyini yazan kanadalı fan Stefani Sakzava da vardır.
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında, həmçinin 2012-ci Bakıda keçirilmiş yarışmada pərəstişkarların əks olunduğu şəkil də yer almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [20:54]
Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 27.06.2024 [18:12]
Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq
- 27.06.2024 [15:45]
“Azərbaycançılıq məfkurəsi” kitabı işıq üzü görüb
- 27.06.2024 [15:42]
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 27.06.2024 [14:15]
Fərat çayı boyunca Şərqi Anadolu - REPORTAJ
- 27.06.2024 [12:00]