EV VƏ MOBİL TELEFON OĞURLUĞU ÜSTÜNDƏ TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 10-da Bakı şəhər sakini Azad Abdullayevin mobil telefonunu “Araz-Avia” Ticarət Mərkəzində cibindən oğurlamış Goranboy rayon sakini Bəhruz İsgəndərov Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Mehman Məmmədova məxsus mağazadan oğurluq etmiş Ağcabədi sakinləri Raman Quliyev, Cavid Səfərov və Emil Həmzəyev rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmışlar.
Nailə Hüseynovanın evindən oğurluq etmiş Əliyaqublu kənd sakini Şahin Hüseynov Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]