Əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 5 fevral, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov şəhər polis idarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Şəxsi axtarış zamanı ondan 415 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.