Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əziz Əliyevin 105 illiyi qarşısında

“Derbentskiye novosti” (“Dərbənd xəbərləri”) qəzetinin 2002-ci il 5 mart tarixli nömrəsində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 105 illiyi ilə əlaqədar Dərbənd şəhəri icra hakimiyyəti başçısının birinci müavini, Dərbənd-Azərbaycan dostluq cəmiyyətinin sədri T.Sultanovun “İki xalqın böyük oğlu” sərlövhəli məqaləsi dərc olunmuşdur. Həmin məqalənin mətnini oxuculara təqdim edirik.

Əziz Əliyevin 105 illiyi qarşısında

İKİ XALQIN BÖYÜK OĞLU

Görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu

ƏLİYEVİN xatirəsi Dağıstan xalqı üçün də, Azərbaycan xalqı üçün

də eyni dərəcədə əziz və unudulmazdır. Ə.Əliyevin anadan

olmasının 100 illiyinin 1997-ci ildə hər iki respublikada təntənəli şəkildə bayram edilməsi buna parlaq sübutdur.

Respublikamızın tarixində və xalqın yaddaşında silinməz iz buraxmış bu gözəl insanın 105 illiyi də cari - 2002-ci ildə təntənəli şəraitdə qeyd ediləcəkdir. Müasirləri onu “cəmiyyətin doktoru” adlandırırdılar. Axı, cəmiyyət də canlı orqanizmdir və onun da müalicəyə ehtiyacı var. Partiya və sovet dövlət xadimi, gözəl alim, tibb elmləri doktoru, professor Əziz Əliyevin keçdiyi zəngin həyat yolu bizim hər birimiz üçün nümunədir, dolğun həyat məktəbidir.

Əziz Əliyevin uşaqlıq və gənclik illəri çətin və ağır olmuşdur. O, 1897-ci ildə İrəvanda doğulmuşdur. Təhsil ala-ala işləyərək, 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmiş və elə həmin il Peterburq Hərbi Tibb Akademiyasına daxil olmuşdur. Amma obyektiv səbəblərə görə Akademiyada təhsilini bitirə bilməmişdir. Ailəsinin ağır maddi vəziyyəti ilə əlaqədar 1918-ci ildə o, təhsilini yarımçıq qoyaraq, ailəsinin yenicə köçüb gəldiyi Naxçıvan şəhərinə qayıtmalı və işə düzəlməli olmuşdur.

1923-cü ildə o, ailəsi ilə birlikdə Bakıya köçür və Azərbaycan SSR Xalq Komissarları Sovetində işə girir. XKS-də fəal işləməklə yanaşı, Bakı Universitetinin tibb fakültəsində təhsil alır, 1927-ci ildə oranı bitirir. Universiteti bitirdikdə təhsil əlaçısı kimi diaqnostika kafedrasında saxlanılır. O, əvvəlcə assistent, sonra isə universitetin dosenti işləyir, tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1932-ci ildə ona - gənc alimə yenicə yaradılan Azərbaycan Tibb İnstitutuna başçılıq etmək kimi yüksək etimad göstərilir. Burada o, 1932-ci ildən 1937-ci ilədək rektor vəzifəsində işləmişdir.

1937-ci ildə, 40 yaşında olarkən o, elə həmin institutda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Bu dissertasiya gənc alimlərin Ümumittifaq müsabiqəsində SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ MK-nın mükafatına layiq görülmüşdü.

Otuzuncu və qırxıncı illərdə Azərbaycan və Dağıstan ərazilərində malyariya tüğyan edirdi. Azərbaycan SSR-in xalq səhiyyə komissarı Əziz Əliyev tərəfindən respublikada və Dağıstanın ona bitişik bölgələrində, xüsusən Dərbənd rayonunda qısa müddətdə malyariyaya qarşı stansiyalar və dispanserlər yaradılaraq, lazımınca təchiz olunmuşdu.

1941-ci ilin avqustunda Əziz Məmmədkərimoviç siyasi rəhbər işçi kimi İranın Təbriz şəhərinə, cənub sərhədlərinin mühafizəsi məqsədi ilə SSRİ və İran arasında müqaviləyə uyğun olaraq bu ölkəyə yeridilmiş sovet qoşunlarının qərargahına ezam edilmişdi.

1942-ci ilin avqust ayı ərəfəsində Şimali Qafqazda çox ağır vəziyyət yaranmışdı. Faşist qoşunları Dağıstana lap yaxınlaşmışdı və alman komandanlığı respublikamızın paytaxtını Xəzər dənizində özünün əsas hərbi dəniz bazasına çevirməyi qərara almışdı. O vaxtlar Mahaçqala ağır cəbhəyanı həyatını yaşayırdı. Bəzi müəssisələr şəhərdən köçürülmüş, respublikada qalanlar isə işini dayandırmışdı. Fərarilik, quldurluq, hərbi xidmətdən yayınma halları var idi, düşmənin bilavasitə Dağıstan ərazisinə soxulması təhlükəsi yaranmışdı.

1942-ci il sentyabrın 16-da SSRİ Dövlət Müdafiə Komitəsi öz iclasında respublikada yaranmış bu vəziyyəti müzarkirə etdi və Əziz Əliyevin Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təsdiq olunması haqqında qərar çıxardı. Vilayət Partiya Komitəsinin 1942-ci il sentyabrın 23-də keçirilən 14-cü plenumu onu yekdilliklə bu vəzifəyə təsdiqlədi. O, eyni zamanda Mahaçqala Müdafiə Komitəsinin sədri seçildi.

Əziz Əliyevin Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifələrində fəaliyyəti elə ilk aylardan çox mühüm qərarlar, o cümlədən partizan dəstələri yaradılması haqqında, qırıcı batalyonların vəziyyəti haqqında, Mahaçqala şəhərinin müdafiəsi tədbirləri haqqında, Dağıstanın yerli xalqlarının nümayəndələrindən olan kadrların hazırlanması və irəli çəkilməsi haqqında qərarlar qəbul edilməsi ilə başlandı.

Mahaçqala Müdafiə Komitəsinin sədri kimi Əziz Əliyev respublikanın müdafiə kompleksi müəssisələrinin xammal və materiallarla təmin edilməsinə xüsusi qayğı göstərirdi. Onun başçılıq etdiyi Vilayət Partiya Komitəsi və Mahaçqala Müdafiə Komitəsi tərəfindən Dağıstan ərazisində müdafiə qurğularının inşası da təmin olunurdu.

Respublikanın rəhbərliyi qarşısında duran ən mürəkkəb problemlərdən biri köçürülmüş əhalinin, sənaye müəssisələrinin, təhsil ocaqlarının yerbəyer edilməsi, onlara ən adi maddi və məişət şəraiti yaradılması ilə bağlı idi. 1942 və 1943-cü illərdə Cənubi Qafqaz və Orta Asiya respublikalarına köçürülən əhalinin çox böyük axını Mahaçqaladan keçib gedirdi. Ayrı-ayrı vaxtlarda Dağıstanın paytaxtında 200 minədək köçkün olurdu ki, bu da şəhərin özünün əhalisindən çox idi. Əziz Məmmədkərimoviç onların mənzillə, yeməklə, tibbi xidmətlə təmin edilməsi məsələlərini daim nəzarətdə saxlayırdı. Uşaqlara, qadınlara, qocalara xüsusi diqqət göstərilirdi. Həmin insanların dəyişəklə, ayaqqabı, paltar, trikotajla təmin edilməsi üçün Xalq Ticarət Komissarlığı, Zaqafqaziya İstehlak Kooperasiyaları İttifaqı vasitəsilə yardım olaraq yüz minlərlə manat məbləğində xüsusi fond ayrılmışdı.

Hərbi qulluqçuların və cəbhəçilərin ailələri Əziz Əliyevin daim diqqət mərkəzində idi. Respublikada onların ailələrinə yardım göstərilməsi üçün böyük iş görülmüşdü. Hərbi qulluqçu ailələrinin beş min nəfərdən artıq üzvü işə düzəldilmişdi, iki minədək ailə fərdi bostan sahəsi almışdı, 30 min ailəyə maddi yardım göstərilmişdi.

Bacarıqlı səhiyyə təşkilatçısı kimi o, özünün bu sahədəki çox zəngin təcrübəsindən istifadə edərək, respublikadakı təxliyə hospitallarının dəqiq, sahmanlı fəaliyyətinə böyük diqqət yetirirdi. Onun tövsiyəsinə əsasən, həkim və tibb bacıları ilə yanaşı, məsul işçilər də hospitallarda daim növbə çəkir və onları ərzaqla, dava-dərmanla, yanacaqla fasiləsiz təmin edirdilər. Respublikada 15-dən çox təxliyə hospitalı fəaliyyət göstərirdi. Müharibə illərində bu hospitallara 130 mindən artıq yaralı gətirilmiş, onlardan 100 minə qədəri, yaxud yaralıların 76 faizi sağalaraq cəbhəyə qayıtmışdı.

Müharibənin ilk günündən respublikada döyüşçülər və komandirlər üçün isti pal-paltar və hədiyyələr toplanması kampaniyası geniş vüsət almışdı. Bu məqsədlə respublikada müdafiə fondu yaradılmışdı. Müharibə illərində Dağıstan cəbhəyə 150 vaqondan çox isti pal-paltar və 140 vaqon hədiyyə göndərmişdi. Dağıstanlılar “Şamil” adlı tank dəstəsinin, bir neçə aviasiya eskadrilyasının, zirehli divizion qatarının və digər hərbi texnikanın yaradılmasına xeyli vəsait vermişdilər. İstiqraz vərəqələrinin satışından 440 milyon manat əldə edilmiş, cəbhəyə göndərilmiş hədiyyələrdən, ərzaqdan əlavə, təxminən 1 milyard manat pul toplanmışdı.

Bu vətənpərvərlik təşəbbüslərinə görə Dağıstan zəhmətkeşlərinin ünvanına, Vilayət Partiya Komitəsinin birinci katibi Əliyevin, Xalq Komissarları Sovetinin sədri Daniyalovun və Dağıstan Ali Soveti Rəyasət Heyətinin sədri Səttarovun adına ölkənin Ali Baş Komandanından 75 təşəkkür göndərilmişdi.

Əziz Məmmədkərimoviç dağlıların xasiyyətini, adət-ənənələrini, həyat tərzini yaxşı bilirdi. O, Dağıstan dağlıları ağsaqqalarının 1942-ci ilin oktyabrında Mahaçqalada keçirilmiş müşavirəsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Əziz Məmmədkərimoviç elm, xalq təhsili, mədəniyyət, ədəbiyyat, incəsənət işçilərinə böyük qayğı və diqqət göstərirdi. 1944-cü ildə Əziz Əliyevin şəxsi təşəbbüsü ilə Həmzət Sadasanın yaradıcılıq fəaliyyətinin 50 illiyi qeyd edilmişdi.

Əziz Əliyevin təşəbbüsü ilə 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası yaradıldı və 1944-cü ilin yanvarından fəaliyyətə başladı. 1945-ci ildə SSRİ Elmlər Akademiyası Dağıstan bazasının yaradılması respublikanın həyatında mühüm hadisə oldu. Həmin baza indi mühüm elmi mərkəzə - Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzinə çevrilmişdir. Dağlı qadınlar sırasından milli kadrlar hazırlanması üçün Əziz Əliyevin bilavasitə iştirakı ilə qadın müəllimlər institutu və qadın pedaqoji məktəbi, habelə məktəblər institutu, uşaq kitab nəşriyyatı açılmışdır.

Əziz Məmmədkərimoviçin təşkilatçı və respublikanın rəhbəri kimi parlaq istedadı müharibədən sonrakı ilk illərdə də özünü göstərmişdir. Respublikanın müəssisələri əslində üç ildə hərbi məhsul buraxılışından tamamilə mülki məhsul buraxılışına keçmişdi. Qaz və neft hasilatının, konserv, yüngül sənaye və yeyinti sənayesi məhsulları buraxılışının həcmi xeyli artmışdı. Respublika xalq təsərrüfatının bir sıra sahələri, onlarca müəssisə dördüncü beşilliyin birinci ilinin planını vaxtından əvvəl yerinə yetirmiş, plandan əlavə məhsul vermişdi. 1947-ci ildə kənd təsərrüfatında yaxşı məhsul götürülmüşdü. Kənd əməkçiləri planda nəzərdə tutulduğundan 250 min put çox taxıl təhvil vermiş, kolxoz və sovxozlarda mal-qaranın sayı artmışdı.

 

Son dərəcə məşğul olmasına baxmayaraq, Əziz Əliyev insanları unutmur, elmi və yaradıcı ziyalılara böyük qayğı göstərir, Dağıstan xalqlarının nümayəndələri sırasından olan elmlər namizədləri və doktorlarının sayının artmasına çalışırdı. 1947-ci ildə respublikaya başqa regionlardan 1200 mütəxəssis gətirildi. O, respublikanın maraqlarını hər yerdə qoruyur, düşünülməmiş qərarların əleyhinə çıxırdı. Əziz Əliyev Dağıstanı, onun çoxmillətli, xeyirxah və qonaqpərvər xalqını çox sevirdi. Dağıstan xalqı da Əziz Məmmədkərimoviçi çox tezliklə sevdi, öz rəhbərini bütün işlərində dəstəkləyirdi. Onun burada olduqca çox dostu vardı. Onlar Əziz Əliyevi bu gün də xüsusi səmimiyyət və məhəbbətlə xatırlayırlar.

1946-cı ildə o, Dağıstan respublikasından SSRİ Ali Sovetinin deputatı, 1947-ci ildə isə Dağıstan Ali Sovetinin deputatı seçilmişdi. O, 1948-ci ilin dekabrında Moskvaya təhsil almağa getməsi ilə əlaqədar respublikanı tərk etdikdən sonra da, Bakıda Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işlədiyi illərdə də Dağıstanla əlaqəni kəsməmişdir. O, ömrünün sonunadək Dağistanla və dağıstanlılarla əlaqə saxlamış, onlarla tez-tez görüşmüş, respublikamızın bütün qayğıları ilə yaxından maraqlanmışdır.

Sovet hökuməti onun dövlət, ictimai və elmi fəaliyyətini yüksək qiymətləndirmişdir. O, iki Lenin ordeni, Vətən müharibəsi ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişdir. Əziz Məmmədkərimoviçin ən başlıca mükafatı isə, şübhəsiz, Dağıstan xalqının ona olan məhəbbəti və hörməti idi. Təəssüf ki, o, dünyasını çox tez, 65 yaşında dəyişmişdir.

Əziz Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Dağıstan paytaxtının küçələrindən biri onun adını daşıyır. Onun yaşadığı evə xatirə lövhəsi vurulmuşdur. Respublika Dövlət Şurasının qərarı ilə Kaspiysk şəhərindəki tibb məktəbinə Əziz Əliyevin adı verilmişdir. Əziz Əliyevin 100 illiyində Rusiya Elmlər Akademiyası Dağıstan elmi mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu “Əliyev Əziz Məmmədkərimoviç: Dağıstanda fəaliyyət illəri (1942-1948)“ adlı kitab buraxmışdır.

Əziz Məmmədkərimoviç Əliyev milliyyətçə azərbaycanlıdır, lakin Dağıstanın bir respublika kimi qorunub saxlanılması, onun iqtisadiyyatının və mədəniyyətinin möhkəmlənməsi və inkişafı, milli dirçəlişi sahəsində tarixi xidmətlərinə və çox böyük töhfəsinə görə, haqlı olaraq, həm də dağıstanlı hesab edilir.

Əziz Əliyev Dağıstan və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə olduqca böyük töhfə vermişdir. Onun həyat və fəaliyyəti, dövlət quruculuğu, iki xalq arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin yaradılması sahəsində gördüyü bütün işlər örnək, inkişaf etdirmək üçün nümunədir. Məhz bu irs bizi onun nəsihətlərini inkişaf etdirməyə və artırmağa, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə çalışmağa çağırır.

T.Sultanov,

Dərbənd şəhər İcra Hakimiyyəti

başçısının birinci müavini, “Dağıstan-

Azərbaycan” cəmiyyəti Dərbənd şöbəsinin

sədri

”Derbendskiye novosti” qəzeti,

5 mart 2002-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır