Faciənin şahidi: Ermənilərin Xocalıda törətdikləri yadıma düşəndə uzun müddət özümə gələ bilmirəm
Bakı, 26 fevral, AZƏRTAC
Mən ötən əsrin 90-cı illərinin əvvəlində könüllü dəstələrə qoşulub Dağlıq Qarabağın erməni işğalından azad olunması üçün cəbhəyə yollanmışam və orada həm də tibb işçisi kimi xidmət etmişəm. Ağdərə döyüşlərində iştirak etmişəm. Şuşada olan zaman xəbər gəldi ki, Xocalıda vəziyyət ağıdır. Fevralın 26-da Xocalı soyqırımı törədilən zaman biz də hamı kimi xocalılılara köməyə getdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ermənilər tərəfindən Xocalıda törədilmiş dəhşətlərin şahidi olmuş Sevda Səfərova deyib.
S.Səfərova həmin faciə zamanı yaralanan Mahir adlı bir şəxsi xatırladığını bildirdi. Mahirin anası və bacısı ermənilərə əsir düşmüşdü. Onların ayaqlarını kəsmişdilər. Sonradan onlar əsirlikdən azad edilərək xəstəxanaya yerləşdirildi. Mahir biləndə ki, onun anası və bacısı ermənilərə əsir düşüb, xəstəxanada dözə bilmədi və vəfat etdi. Budur, erməni vəhşiliklərinin acı nəticələri. Ermənilərin Xocalıda törətdikləri yadıma düşəndə uzun müddət özümə gələ bilmirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]