Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib
Bakı, 3 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyulun 3-ü saat 9:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda yağış intensiv olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağda 22 millimetr, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 millimetr, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında da 1 millimetrədək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 30, dağlıq rayonlarda 17-21 dərəcə isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]