“FATEH” TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞDUR
Türkiyənin ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan bu əsər türk, hətta dünya tarixinin ən önəmli hadisələrindən birinə - İstanbulun fəthinə həsr olunmuşdur. Hələ 2004-cü ilin may ayında, “Fateh”in Azərbaycanda ilk dəfə çap olunmasından bir qədər sonra Türkiyə Böyük Millət Məclisinin başqanı Bülent Arınç poemanın müəllifinə təbrik və təşəkkür məktubu göndərdiyinin vurğulandığı məlumatda bildirilir ki, əsər canlı türk tarixinin qısa bir dövrünü, yəni Sultan II Mehmetin hakimiyyətə gəldiyi gündən (18 fevral 1451-ci il) İstanbulun fəthinə (29 may 1453-cü il) qədərki dövrü əhatə edir. Lakin müəllif lirik ricətlərlə tarixə ekskurs edərək, ulu türkün bəşər sivilizasiyasındakı rolu və yeri barədə də geniş məlumat verir.
Ədəbiyyata 43 yaşında gəlməsinə baxmayaraq, Nizami Zöhrabi iki böyük mənzum əsəri - “Məkkədən doğan günəş”, “Fateh”lə Azərbaycanın hüdudlarından kənarda - Türkiyədə, Misirdə, İranda, İraqda, Almaniyada, Rusiyada, Özbəkistanda, Qazaxıstanda, Suriyada və digər ölkələrdə də geniş oxucu rəğbəti qazanmışdır.