RƏSMİ XRONİKA
Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin əlaqələri və dostluq münasibətləri istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 noyabr 2013-cü il.