“Ferrero” şirkətinin rəhbəri İtaliyanın ən zəngin insanı seçilib
Roma, 7 mart, AZƏRTAC
ABŞ-ın “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb.
AZƏRTAC İtaliya KİV-lərinə istinadən xəbər verir ki, “Forbes”in hesablamasına görə, sərvəti 22,4 milyard dollar təşkil edən “Nutella” şokolad yağları istehsalçısı “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrero İtaliyanın ən varlı insanıdır. İtaliyalı biznesmen dünyanın ən zəngin insanlarının siyahısında 39-cu yeri tutub.
Ən varlı italyanlar arasında ikinci yeri 19,8 milyard dollarlıq sərvətə malik olan eynək istehsalçısı “Luxottica” şirkətinin rəhbəri Leonardo del Vekkio tutur. Onun ardınca “Walgreens Boots Alliance” dərman şirkətinin baş direktoru Stefano Pessina və Corcio Armani şirkətinin rəhbəri yer alırlar.
Dünya reytinqi sıralamasında 804-cü pillədə dizayner Miuçça Prada və onun həyat yoldaşı, “Prada Group” şirkətinin baş direktoru Patrisio Bertelli qərarlaşıb. “Ferrari” avtomobil şirkətinin vitse-prezidenti Pyero Ferrari isə (2,7 milyard dollar) 838-ci sıradadır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]