Fevralın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır
Bakı, 1 fevral, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevral ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasından yüksək, bəzi yerlərdə isə normaya yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və normadan 2-4° yüksəkdir. Gecələr havanın temperaturunun 1-6°, gündüzlər 7-12°, bəzi günlərdə 2-5° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 21-24 millimetr) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və normadan 3-4° yüksəkdir. Gecələr havanın temperaturunun 5-10°, bəzi günlərdə 15-20° şaxta, gündüzlər 3° dərəcə şaxtadan 2°-dək isti, bəzi günlərdə 3-5° şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 11-29 millimetr) olacağı ehtimal edilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Gecələr havanın temperaturu 2-7°, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 0-5° şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-36 millimetr) gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Gecələr havanın temperaturunun 1-6° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 0-5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 millimetr) olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Gecələr havanın temperaturu 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 4-9°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 0-5° şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 24-55 millimetr) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Gecələr havanın temperaturunun 2-7° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-5° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 21-35 millimetr) ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Gecələr havanın temperaturunun 1-6° isti, bəzi günlərdə 1-5°, dağlarda 9-14° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 1-4° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 44-105 millimetr) proqnozlaşdırılır.