İDMAN
FHN-in əməkdaşı daha bir uğura imza atıb




Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman Sarayında, açıq hava şəraitində Stronqmen güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 80 kiloqram çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift (Ağırlığı başın üzərinə qaldırmaq), Deadlift (Ağırlığı yerdən qaldırmaq) və 2 tondan çox ağırlığı olan maşını dartmaq hərəkətində 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [12:39]
“Formula-1”: Gələn il Azərbaycan Qran-Prisində sprint yarışı olmayacaq
- 06.12.2023 [11:26]
Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur
- 06.12.2023 [10:49]
AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
- 06.12.2023 [10:25]
Fərid Qayıbov növbəti dəfə idmançılarla görüşüb
- 06.12.2023 [04:50]
Daniel Bekstrem müvəqqəti olaraq İsveç yığma komandasını çalışdıracaq
- 06.12.2023 [00:10]
“Time” jurnalı: Lionel Messi 2023-cü ilin idmançısı seçilib
- 05.12.2023 [22:49]