FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə fevralın 11-də yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kahramanmaraşa gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.