FHN-in “Xilasedici” voleybol komandası turnir cədvəlində vahid liderliyə yüksəlib
Bakı, 5 fevral, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda “Xilasedici” və “MOİK” komandaları üz-üzə gəliblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, rəqibini 3:0 (25:18, 25:21 və 25:20) hesabı ilə məğlub edən “Xilasedici” komandası turnir cədvəlində vahid liderliyə yüksəlib. Komanda üç görüşdən maksimum xal toplayıb.
Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevralın 8-də keçiriləcək. FHN-nin “Xilasedici” komandası “Sərhədçi” komandası ilə üz-üzə gələcək. Qarşılaşma FHN-nin İdman-Sağlamlıq Mərkəzinin arenasında keçiriləcək.