Finlandiya Azərbaycanlıları Assosiasiyası sədri Vasif Muradlıdan
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatı adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə inamlı qələbənizlə bizə böyük sevinc bəxş etdiniz. Siz yenidən xalqın yüksək etimadına yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində nail olmusunuz.
Bu uğurlu siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilmişdir. İndi Azərbaycanın səsi ən ali kürsülərdən eşidilir. Doğma Vətənimiz Azərbaycan indi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Azərbaycanın dünyanın bir nömrəli təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və həmin təşkilata yüksək səviyyədə sədrlik etməsi Sizin yürütdüyünüz müdrik siyasətin bariz nümunəsidir.
Parlaq qələbənizlə başa çatan demokratik və şəffaf seçkilər bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan müstəqil, demokratik, tolerant, inkişaf etmiş, heç bir dövlətdən asılı olmayan ölkədir. Xalqımız Sizi ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının qarantı hesab edir. Məhz buna görə də müdrik Azərbaycan xalqı bir daha düzgün seçim etdi. İnkişafa, əmin-amanlığa, daha firavan gələcəyə səs verdi.
Cənab Prezident, dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya, Azərbaycanın davamlı inkişafı, güclü dövlətə çevrilməsi üçün gördüyünüz bütün işlərə görə Sizə yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Vasif Muradlı
Finlandiya Azərbaycanlıları Assosiasiyası sədri,
Arzu Oqtay
Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyəti sədri,
Günay Muradlı
Finlandiyadakı Yeniyetmə Gənclər Təşkilatının sədri