FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM TARYA HALONENƏ
Finlandiyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı münasibətlərimizdəki əməkdaşlıq mühitindən səmərəli istifadə olunması üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 noyabr 2006-cı il.