Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Fizika İnstitutunda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan baş direktor akademik Arif Həşimov 2020-ci il sentyabrın 27-nin Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. Akademik Arif Həşimov Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində akademik Cavad Abdinov, fizika elmləri doktoru Vüqar Əliyev, fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Sitarə Bağırova, Lalə Əliyeva və elmi işçi Bayram Xudayarov çıxış ediblər. Çıxışçılar 44 günlük müharibə müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr endirdiklərini, bütövlükdə xalqımızın əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]